Cahandar BAYOĞLU: FETÖ, 15 İyun 2016 da Türkiyədə, 2020 də Azərbaycanda.-

Cahandar BAYOĞLU: FETÖ, 15 İyun 2016 da Türkiyədə, 2020 də Azərbaycanda.-


Bu gün 15 İyun Türkiyədə Kürəsəlçi güclərin Fətullahın adının altında yaratdığı teror ordusunun dövlətə-millətə bombalar yağdırdığı, dövləti ələ keçirtmək istədiyi bir qanlı gündü. Bu gün dövlət və millət bütünlüyünün qarşısında dünyanın bütün Türk düşmənlərinin kayb etdiyi, Türkün şərəf günüdü.
Bu gün dövlətin, onu saran kanserdən qurtuluş günüdü. Türkiyədə olan FETÖ qalib gəlsəydi, PKK başda olmaqla bütün terrorçu güclər dövlətin unitar quruluşunu dəyişdirib, kukla bir rejim quracaqdı. Bu oyun 60 illərdən başlanmış bir xəyanət hərəkatının sonuydu. Bu örgüt dövlətin bütün qədəmlərinə sızaraq, dövlətin böyük bir gücünü əsir etdirmişdi. Bu örgüt yaşadıqca PKK teroru kimi bütün teror təşkilatları at oynadırdı. Əsgər PKK’ya qarşı əməliyat hazırlayırdı öncə PKK bilirdi. Ekonomi çökdürülürdü. Polis ələ keçirilmişdi. Siyasət onların əlindəydi. Dövləti savunan bütün qıuruluşlar sabotaj edilirdi. Türk düşmənlərinin bu örgütü, Türk adıyla bütün Türk dövlətlərində örgütlənmişdi.
Milyardlarla maliyə gücü olan, Dövlətin bütün qədəmelerini sızan bu FETÖ 15 Temmuzda xalqı əl keçirə bilmədi. Dövlət ağlı və millət təşkilatlandı, teror örgütü püskürtüldü.
15 iyundan sonra Türkiyə bağımsızlığını gücləndirdi, dik duruşuyla özünü və bölgəni yeniləməyə başladı. Türkiyə içində teror bitdi. Sınır dışı operasyonlar uğurlu oldu. PKK və digər terrorçu güclər çökməyə başladı. Ortadoğuda və Ak dənizdə Türkiyə söz sahibi oldu. Bölgənin lider, dünyanın dəngəsini dəyişən bir gücə çevrildi. Bu günkü Türkiyə hərbi sənayedə, teknolojidə üst düzəydədi. Özünün hava savunma sisteminin, uzaq mənzilli silahlarının, hərbi uçaqlarının devrəyə girməsinə az qaldı. Daha dünyada yeni bir güc var, Türkiyə. Bütün bunlar FETÖ bitəndən sonra oldu. Gözün aydın Türkiyəmiz. Sağ əlin Azərbaycanımızın başına.
Bu gün Türkiyə FETÖ-den daha təhlükəli FETÖ tipli örgüt Azərbaycandadı. Azərbaycan FETÖ-da Sovet moskvasının çete birlikləri, tehran çetesi, ABD də olan avrupa kürəsəlçi gücüylə birlikdədi. Bu çetenin üzündən dövlətimiz əzilir, moskva ağalığı üzərimizdə, yerevan içimizdədi. Ekonomimiz sömürülür, dövlətin ayaqda durmasına imkan verilmir. Qarabağı azad edə bilmirik. Dərhal xəyanət, hər sirrimiz moskvada, irəvanda, tehranda.
Bu gün bu çətə əzilməyə başladığı zaman dərhal sınırda erməni-rus-fars hərbi əməliyyatları, dərhal içimizdə qarışıqlıq yaratmaq cəhdləri, dərhal fars səsləri, dərhal əsgərlərimizə qarşı xəyanət addımları. Bu çətənin havadarları hər vəclə Bakıdakı uzantılarının əzilməsiylə razılaşmır. Başı moskvada olan bu çətənin silahlı gücü erməni adında sınırımızda, Karabağda. Amma zaman həmin zaman deyil. Dövlet başçısı bu çətədən qurtulmaqda qərarlır. Bu gün Dövlət də Dövlət ağlı da, Dövlət Başçısı da, millət də anlayır ki, kürəsəlçi Azərbaycan FETÖ Bakıda bitmədən Qarabağda Azərbaycan bayrağı dalğalanmayacaq, ekonomimizə sahib, bağımsız ola bilməyəcəyik. Bu gün sınırlarda, Qarabağımızda qalib gəlməyimiz üçün, Azərbaycan tipli FETÖ Bakıda çökməlidir. Bu çətənin çökməsində qarşımızda duran bütün maneələr zərərsizləşməlidir. Bakıda suyu bulandırmağa çalışanlar anındaca cəzalanmalıdır. Bu örgütün, bu günlər sınırdan hücuma keçib Bakını qarşdırıb, yönətimə tam sahiblənmək niyyətinin tarixinin də 15 temuz seçməsi də görünür təsadüf olmayıb. Bu Azərbaycana Türkiyəyə birgə məsaj idi. Siz 2016 da Türkiyədə, 2020 də Azərbaycanda kayb etdiniz, çevriliş istəyiniz alınmadı. İndi yolunuz cəza evləridi, havadarlarınız hayınıza çata bilməyəcək.
Tam Bağımsız, Bütöv Azərbaycan doğmaqdadı.
Cahandar BAYOĞLU.
Turan Partiyasi GK Başqanı

Mənbə: teref.az