"Dünyaya mesaj verirdik ki, biz torpaqlarımızı hərb yolu ilə azad etməyə hazırıq"

"Dünyaya mesaj verirdik ki, biz torpaqlarımızı hərb yolu ilə azad etməyə hazırıq"

Dəyərli həmvətənlərim son günlər Tovuz istiqamətində düşmənlərin təxribatı nəticəsində baş verən qarşıdurmada böyük hərbi biliyə malik olan general-mayor Polad Həşimovun və digər hərbçilərimizin həlak olması onsuz da uzun illər əsəbləri tarıma çəkilmiş xalqın səbr kasasını doldurdu.

Və haqlı olaraq bütün xalq ayağa qalxıb düşmənlə döyüşə hazır olduqlarını dilə gətirdilər. Əlbəttə bununla bütün dünyaya mesaj veririk ki, biz torpaqlarımızı hərb yolu ilə azad etməyə hazırıq.

Əziz həmvətənlərim belə bir təlatümlü gündə hamımız ayıq-sayəq olmalıyıq.Çünki,həm daxildə,həm də xaricdə olan düşmənlərimiz təxribatlar törədə bilər.

Bu gün hamımız vətənimizin,övladlarımızın gələcəyi xatirinə Ali Baş Komandanın ətrafında sıx birləşməliyik.Belə bir vəziyyətdə ölkə rəhbərliyinin ətrafında birləşməyimiz çox vacibdir.Çünki,iqtidar daxilində korrupsiya bulaşmış,elə qüvvələr movcuddur ki,onlara aranın qarışması sərf edir.

Biz Qarabağ müharibəsinin iştirakçıları Ali Baş Komandana müraciət edərək bildiririk ki,hər zaman onun əmrini yerinə yetirməyə hazırıq.

Odur ki,biz Ali Baş Komandandan istefada olan yüksək rütbəli hərbiçilərin və döyüş görmüş veteran döyüşçülərin yenidən ordu sıralarına qaytarılması üçün əmr verməyini xahiş edirik.

Bu gün ordumuzun İstefada olan dərin hərbi biliyə və döyüş təcrübəsinə malik olan səngər generallarından General-leytenant Yaşar Aydəmirova,Əfqanıstan və Qarabağ döyüşlərinin canlı qəhrəmanı General-mayor Qorxmaz Qarayevə,General-leytenant Talıb Məmmədova,General-mayor Qabil Məmmədova,artilleriya General-mayoru Rafiq Hüseynova.T/x general-mayoru Natiq Əliyevə və bir sıra yüksək rütbəli zabitlərə ehtiyacı var.

Cənab Ali Baş Komandan xalq öz ordusunun yanındadır.

ALLAH ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin.ALLAH Azərbaycan əsgərini qorusun.AMİN.

Ehtiyyatda olan t/x polkovnik-leytenantı, Qarabağ qazisi Habil Şirinov

 

 

Mənbə: moderator.az