İranda koronavirusdan bir gündə 199 nəfər ölüb

İranda koronavirusdan bir gündə 199 nəfər ölüb

İran koronavirusun yayılmasının ikinci dalğasını yaşayır.

Bu sözləri İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, birinci dalğa İranın şimal və mərkəzi vilayətlərində olub. İkinci dalğa isə İranın cənub bölgəsini daha çox vurub. Prezident vətəndaşları tətbiq olunan qadağalar əməl etməyə çağırıb.

İranın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son 24 saat ərzində 2 min 338 nəfər virusa yoluxub, 199 nəfər isə vəfat edib. Bununla da İranda yoluxanların ümumi sayı 264 min 561 nəfərə, ölənlərin sayı isə 13 min 410-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 227 min 561 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 411 nəfərin vəziyyəti ağır olaraq qalır.

Nazirliyin məlumatına görə, İranın Şərqi və Qərbi Azərbaycan, Hörmüzgan, Buşehr, Kürdüstan, Rezavi Xorasan, Elam, Kirmanşah, Gülüstan və Mazandaran vilayətləri qırmızı zonaya daxildir. Bu vilayətlərdə yoluxma və ölün halları daha çox qeydə alınır.

Mənbə: xezerxeber.az