"Ordumuzun generalı da, zabiti də əsgərlərlə ön cəbhədədir"-DEPUTAT

"Ordumuzun generalı da, zabiti də əsgərlərlə ön cəbhədədir"-DEPUTAT

"Düşmənin üzərində qələbəyə nail olmaq üçün hamı səbrli davranmalı, təxribatlara imkan verməməli, orduya öz haqq işinin görməsinə mənəvi dəstək göstərməli, dövlətin yanında olmalı və Ali Baş Komandanın əmrini gözləməlidir"

Bunu Sonxeber.az-a açıqlamasında deputat Azər Badamov ötən gecə Bakıda "Qarabağ", "Orduya" dəstək şüarı ilə keçirilən yürüşdən danışarkən deyib:

"Ordumuz düşmənlə üz-üzə dayanıb qəhrəmancasına vuruşur. Nəinki sərəhəddə, hətta düşmənin dərinliklərdə yerləşən dayaq nöqtələrini ordumuzun peşəkar fəaliyyətilə məhv edilir. Düşmənə kifayət qədər ağır zərbələr endirilir. Ordumuzun generalı da, zabiti də əsgərlə ön cəbhədədir. Şəhidlərimizi xalqımız böyük coşqu ilə son mənzilinə yola salınır, xalqımız isə ordumuza öz dəstəyini ifadə edir. İyunun 14-də küçələrə axışaraq xalq orduya dəstək olduqlarını, torpaqlarımızı işğaldan azad olunmasına səfərbər olunmağa hazır olduqlarını ifadə etməklə Ali Baş Komandanın yanında olduqlarını bildirməklə dövlət-xalq birliyini nümayiş etdirdilər.
Amma çox təəssüf ki, düşmənə xidmət edən 5 kolunun bir qrup nümayəndəsi yürüşün istiqamətini dəyişməklə Milli Məclisin binasına daxil olmaqla dövlət çevrilişinə cəhd etməyə çalışdı".

Deputat həmçinin bildirib ki, həmin insanlar polis əməkdaşlarına zor tətbiq edərək parlament binasının qapısını sındıraraq insanları yanlış yola aparmağa çalışıblar:

"Milli Məclisin inzibati binasına kifayət qədər maddi ziyan vurmaqla haray- həşir qopardaraq içəri daxil olan insanların niyyəti əslində məlum idi. Belə ünsürləri nə torpaq, nə vətən və nə də şəhid düşündürmür. Onların öz məqsədləri var.
Bu məqsəd ölkəni daxildən zəiflətmək və parçalamaqla düşmən dəyirmanına su tökməkdir. Onu da qeyd edim ki, bu gün 90-cı illərin əvvəli deyil. Bu gün həm xalqın dünya görüşü artmışdır, həm xalq və dövlətə xəyanət edənləri müəyyənləşdirmək üçün texniki imkanlar genişdir. Artıq araşdırma istintaq işlərinə başlanılıb. Düşünürəm cinayətkarlar və onlara tapşırıq verənlər tez bir zamanda müəyyənləşəcək və qanunun ən ağır cəzası ilə cəzalandıracaqlar".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az