“ATƏT sədrinə mövqeyimizi qətiyyətlə bildirməliyik” - DEPUTAT

“ATƏT sədrinə mövqeyimizi qətiyyətlə bildirməliyik” - DEPUTAT

“Bu gün ATƏT-in sədri, Albaniyanın Baş naziri Edi Rama-nın Azərbaycan və Ermənistana ünvanlanmış, sərhəddə mövcud vəziyyətin deeskalasiyası və atəşkəsin bərpası ilə bağlı çağırış tərkibli bəyanatını oxudum. Əminəm ki, belə bir bəyanatın verilməsi heç də kifayət deyil!”

Cebhe.info xəbər verir ki, bunu deputat Nigar Arpadarai deyib.

Xanım deputat bildirib ki, deeskalasiya və atəşkəsə çağırış əvəzinə ATƏT tərəflər arasında daimi sülhün bərpasına çağırış etməlidir və bu sülh ancaq ATƏT-in fəaliyyətinin başlıca prinsiplərindən olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslana bilər:

“Əgər ATƏT-in üzvlərindən biri olan Ermənistan bu prinsiplərə əməl etmirsə, bu prinsipləri kobud şəkildə pozaraq digər dövlətin ərazisini işğal edirsə, ya Ermənistan bu təşkilatdan çıxarılmalıdır, ya da ATƏT missiya və mandatına yenidən baxmalıdır, çünki hazırki vəziyyətdə onun fəaliyyəti mənasızdır. Bununla əlaqədar, ATƏT-in sədrinə, həmçinin Avropa Şurasına, Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasına məktublar ünvanlayıram. Beynəlxalq təşkilatlara mövqeyimizi qətiyyətlə bildirməliyik”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info