“Ermənistan bunun içində boğulacaq” – Türk general işğalçını hədələdi

“Ermənistan bunun içində boğulacaq” – Türk general işğalçını hədələdi

“Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə yönəlik təcavüzkar hücumunu şiddətlə qınayırıq. Azərbaycanın kədəri bizim kədərimizdir, bu kədəri dərindən hiss edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir Türkiyənin mənfur hücumlarına Azərbaycanın qəhrəmancasına cavab verdiyini bildirib:

“Bu hücumlar nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət diləyirik, yaralılarımıza da şəfalar. Qardaş Azərbaycan xalqına baş sağlığı veririk. Bunu konkret şəkidlə deyirəm ki, Dağlıq Qarabağı heç bir əsas və hüquqi dəlil olmadan işğal edən Ermənistana qarşı sonuna qədər azərbaycanlı silahdaşlarımızın yanındayıq. Cənab Prezidentin dediyi kimi, bu mənfur hücumları edənlər öz boylarından yuxarı tullanmaq istəyirlər. Ermənistan törətdiyi bu təxribatın içində boğulacaq”.

Mənbə: teleqraf.com