Təxribatçı Rəşad Məmmədov axtarışa verilsin - TƏKLİF

Təxribatçı Rəşad Məmmədov axtarışa verilsin - TƏKLİF

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov Orduya dəstək aksiyası ilə bağlı təxribat xarakterli məlumat yayan Rəşad Məmmədov barədə yazıb.

KONKRET.az xəbər verir ki, Anar Xəlilov bu barədə öz Facebook səhifəsində yazıb.

“Bu təxribatçı Rəşad Məmmədov dünən Orduya dəstək yürüşü zamanı sosial şəbəkələrdə təxribat xarakterli video yayıb. Bu təxribatçının milli mənsubiyyəti haqqında KİV-də və sosial şəbəkələrdə müxtəlif fikirlər söylənilsə də bir çox insanlar bunun “siyasi mühacir” alverində adının keçdiyini söyləyirlər. Bütün hallarda bu təxribatçı ifşa olunmalı, barəsində cinayət işi qaldırımalıdır. Media vasitəsilə hüquq mühafizə orqanlarına müraciət edirəm ki, bu şəxs məsuliyyətə cəlb edilsin barəsində beynəlxalq axtarış verilsin. Bütün QHT-dən, ictimai fəallardan, ziyalılardan bu təxribatçını qınamağa və hüquq mühafizə orqanlarından bunu mühakimə etmək çağrışlarını və müraciət etmələrini xahiş edirəm. Hər birimizi bir daha diqqətli olmağa bu tip təxtibatçılara qarşı ayıq sayıq olmağa çağırıram”.

Modern.az

Mənbə: konkret.az