Rusiya mətbuatı: “Bu təsadüf ola bilməz, Paşinyanın oğlu tərxis olduqdan 3 gün sonra..."

Rusiya mətbuatı: “Bu təsadüf ola bilməz, Paşinyanın oğlu tərxis olduqdan 3 gün sonra..."

Rusiya mətbuatında Ermənsitanın Tovuz istiqamətində törətdiyi təxribat analiz edilib.Yeniavaz.com xəbər verir ki, “gazeta.ru”da Azərbaycan-Ermənistan arasında Tovuz istiqamətində baş verən döyüş barədə danışılıb. Bildirilib ki, döyüş, Dağlıq Qarabağdan 100 kilometr məsafədə baş verib: “Hər iki tərəfdən hücum barədə açıqlamalar verildi. Rusiyanın Xarici İşlər Nazirliyi cəbhədə baş verən döyüşdən olduqca narahat olduqlarını və sabitliyin əldə olunması üçün tərəflərə kömək etməyə hazır olduqlarını bildirdi. Bundan əlavə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu atəşə tutması nəticəsində bir mülki şəxs həlak olub”.

Yazıda həmçinin bildirilib ki, son günlər cəbhədə baş verən hadisələrdə bəzi ciddi məqamlar var: “Azərbaycanla Ermənistan arasındakı döyüş baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın ordudan tərxis olunmasından cəmi 3 gün sonra baş verdi. Bir çox ekspert bildirdi ki, bu, təsadüf ola bilməz. Paşinyanın siyasi qərarlar qəbul edərkən şəxsi maraqlarını üstün tutması hər kəs tərəfindən bilinən haldır. Ermənistanın baş nazirinin oğlu hərbi xidmətdə olduğu müddətdə cəbhədə sakitlik hökm sürürdü, ancaq, tərxis olduqdan dərhal sonra belə bir hadisə baş verdi”.

Xatırladaq ki, iyul ayının 13-dən 14-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan ordusunun 11 hərbçisi şəhid olub.

Mənbə: www.yeniavaz.com