Adil Əliyev: “İlham Əliyev Paşinyanı rəzil edib, ona görə heç danışa bilmir”

Adil Əliyev: “İlham Əliyev Paşinyanı rəzil edib, ona görə heç danışa bilmir”

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı son 1 ildə bütün dünyada rəzil edib. Ona görə də heç danışa bilmədi. Ermənilərin təxribatı bundan irəli gəlir”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev Tovuzda sakinlərlə görüşündə deyib.

A.Əliyevin sözlərinə görə, erməni xalqı dərk edir ki, Paşinyan oyuncaqdır: “Paşinyanın təxribata əl atmaqdan başqa yolu qalmayıb. O, ermənilərin diqqətini əsas məsələdən yayındırır, sərhədə, müharibəyə yönəldir. Bunu hakimiyyətinin ömrünün uzatmaq üçün edir. Ermənistan məqsədlərinə nail ola bilməyəcəklər. Biz xalqımızla qürur duyuruq. Ermənilər kəndi raket atəşinə məruz qoysa da, sakinlər yerlərindən tərpənmədilər. Halal olsun Sizə. Sizin arxanızdayıq. Vuruşacağıq, mübarizə aparacağıq. Biz tezliklə Qarabağa qayıdacağıq”.

Mənbə: pravda.az