Trampdan dünyanı həyəcanlandıran vaksin paylaşımı

Trampdan dünyanı həyəcanlandıran vaksin paylaşımı

Koronavirus bütün bədbin proqnozlardan da uzağa gedir. İnfeksiyaya yoluxanların sayı 14 milyon nəfərə yaxınlaşır. Aylardır vaksin söhbəti getsə də, ortada konkret nəticə yoxdur.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünyanı həyəcanlandıracaq paylaşım edib. O, “Twitter” hesabında “vaksinlə bağlı əla xəbər” yazıb. Dövlət başçısı bununla da yaxın vaxtlarda vaksinin insanların köməyinə gələcəyinə eyham vurub.

Bir neçə gün əvvəl biotexnoloji yeniliklər üzrə ixtisaslaşmış “Moderna” şirkətindən “mRNA-127” adlanan vaksin namizədinin çox güvənli olduğunu bildirmişdilər. ABŞ şirkətindən 45 nəfər üzərində aparılan sınağın uğurla başa çatdığını açıqlamışdılar.

İndi “Moderna” sınağın ikinci mərhələsindədir. Bu dəfə 300 könüllü ilə bağlı nəticələr əldə olunub. Şirkət 500 milyon ədəd vaksin dəstini istehsal etməyə hazırdır.

Trampın böyük ehtimalla bu nəticələrə güvəndiyi bildirilir.

Mənbə: www.bizimyol.info