Parlamentə girən təxribatçıdan etiraf: "Orada Əli Kərimlinin adamları vardı" - VİDEO

Parlamentə girən təxribatçıdan etiraf: "Orada Əli Kərimlinin adamları vardı" - VİDEO

Dünən gecə Milli Məclisə basqınla bağlı həqiqətlər yavaş-yavaş üzə çıxır. Belə ki, dünənki aksiyanın təşkilatçılarından biri ittihamlara cavab verərkən, hadisəni Əli Kərimlinin adamları törətdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisə girən şəxslərdən biri video yayaraq Əli Kərimlinin partiyasının üzvü olmadığını, ancaq AXCP-nin bu məsələdə məsuliyyət daşıdığını bildirib:

“Biz şəhidlər üçün mitinqə çıxmışdıq. Polis qardaşlar da bizimlə bir yerdə idi. Orda Əli Kərimlinin partiyasının adamları var idi, onlar bizim yürüşümüzü pis günə qoydular. Təxribat yaratdılar, Milli Məclisə girdilər, maşını aşırdılar, bunlar düzgün deyildi. Bizim niyyətimiz o deyildi.

Polis bizimlə yaxşı rəftar etdi. Sadəcə elə bilirlər Əli Kərimlinin adamıyam, elə deyil. Ora getməkdə məqsədimiz o idi ki, səfərbərlik olar, Ali Baş Komandan əmr verər, canla-başla gedib döyüşüb, torpaqlarımızı alarıq”.

www.yenicag.az

Mənbə: yenicag.az