"Aprel şəhidləri haqda "boş yerə qırıldılar” demək - günahdır...”

"Aprel şəhidləri haqda "boş yerə qırıldılar” demək - günahdır...”

"Bir yalan, gerçəyi əks etdirməyən məntiqsiz söz bizləri xalq olaraq parçalayır, pərən-pərən salır..."

"Çox istərdim ki, bu gün müxalifət nümayəndələri iqtidarın hansısa müsbət işlərini deyə bilsin və əksinə, iqtidar başındakılar da müxalifətin müsbət bir addımını dəyərləndirsin..."

Daxili İşlər Nazirliyi ŞəxsiHeyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Mehman Mehmanov son dövrlərkarantin şəraitində iqtidar-müxalifət, polis-xalq münasibətlərindən bəhs edən “Ya sus, ya da susmaqdan qiymətli bir sözdanış...” başlıqlı yeni məqaləsini Moderator.az-a təqdim edib. Aktuallığını nəzərəalıb həmin materialı olduğu kimi müzakirənizə buraxırıq.

 

“Məqsədyönlü tərif də, qərəzlitənqid də cəmiyyətdə ikrah hissi doğurur...”

 

“Söz- çox güclü bir şeydir,insana bilik verir, inam, iman verir. İnsanın bütün ovqatını dəyişir, ona ümidverir...

Seyran Səxavət Musa Yaqubun80 illiyində çox dəyərli bir söz dedi: “Bütün yazıçılar, sənət adamları sözünbelindən gəlib... Buna əlavə olaraq deyərdim ki, ümumiyyətlə, bütün insanlarsözün belindən gəlib. Gərək sözün belindən halal gələsən, haram, bicbaladoğulmayasan...

...Bir gün bir atlı görürki, yolun kənarında inildəyən bir adam dayanıb, deyir ki, yeriyə bilmirəm,atını ver mənə. Bu da atını verir ona, həmin yeriyə bilməyən heç “sağ ol” dademədən atını özününkü kimi bir az irəli çapır və geri dönür ki, atın sahibiağlayır. Deyir, a kişi, bir ata görə adam da belə ağlayarmı? O da cavab verirki, ata görə ağlamıram. Sən mənim ümidimi qırdın, ümidimi... Mən onaağlayıram...

 

Təəssüf ki, son dövrlərdəbizlər hərdən ağzımızdan, qələmimizdən çıxan sözlərə diqqət etmir və bəzən bircəsözlə nəinki bir insanın, bir qrupun, bütövlükdə xalqın ümidini qırırıq...

 

Müxtəlif siyasi əqiqəyəmalik şəxslər bir-biri haqda necə gəldi,faktsız, məntiqsiz danışırlar. Ya kimisə haqsız, qərəzli tənqid və təhqir edir,ya da yeri gəldi-gəlmədi, hədsiz tərifləyirlər. Ümumiyyətlə, məqsədyönlü tərifdə, tənqid də insanlara başucalığı gətirmir və cəmiyyətdə ikrah hissi doğurur.Lap bizim deputatlar olsun, rəhbər işçilər olsun, iqtidar qəzetləri olsun, sözügərək deyəndə cılxa, xalis həqiqəti, özü də qəlbdən, ruhdan gələn inamla söyləməlidirlər.Bizim bəzi, məntiqsiz, həm də ictimai yox, şəxsi məqsədli çıxışlar edəndeputatları görürsünüz, elə danışırlarki, məntiq yox, arqument yox, fakt yox... Sadəcə, məddahlıq...

 

"Bu gün hansı uğurdan danışsaq da, Qarabağ düşmən əlindədir..."

 

...Bu günlərdə “Lider TV”-də aparıcılardan biri Ermənistanın çökməsindən,Paşinyanın iflasından necə yağlı-yağlı danışırsa, sanki artıq ermənilər tamamilə məhv olub, bizdə Qarabağdakı torpaqlarımızı bölüb çəpərləmişik, gedib rahatca geri alacağıq... Sən PaşinyanıŞuşada yallı gedən, badə qaldıran, bizəacıq verən obrazında tanıt, ay bədbəxt. Onsuz da xalqın ürəyindən qara qanlaraxır... İlham İsmayılın yazılarından birindəki təbiri ilə desək, bu gün nə etsək də, hansı uğurdan danışsaq da,Qarabağ düşmən əindədir, ermənilərin işğalı altındadır. Odur ki, bu gün biz beləruhda danışmalı deyilik, biz xalqımızı mübarizəyə səsləyən başqa bir formadadanışmalıyıq...

 

"Demək olar ki, Aprel döyüşləri dayanmalı deyildi, nəyin bahasına olursa-olsun, davam etdirilməli idi..."

 

...Fikrət Hüseynli adlı biri müsahibəsində deyir ki, guya Aprel döyüşləriniRusiya törədib və məqsəd Türkiyədə təhsilalmış, yetişmiş gənc Azərbaycan zabitlərinin qırğına verilməsi olub. Axı Aprel savaşı haqda belə danışmaq olmaz. Demək olar ki, Aprel döyüşləridayanmalı deyildi, nəyin bahasına olursa-olsun, davam etdirilməli idi. Ordumuz riskə girərək irəliləməkdə davam etməli və birxalq olaraq savaşa atılıb “ya şərəflə ölək - ya qalıb, torpaqlarımızın azad edibşərəflə yaşayaq” deyərək sonadək getməli idik... Bu, mənim məntiqimdir, mən belədüşünürəm. Amma bizim bilmədiyimiz, obyektiv-subyektiv səbəblər meydana çıxırki, düşündüklərimizin hamısını etmək mümkün olmur. Bununla belə, Aprel şəhidlərihaqqında “boş yerə, kiminsə ssenarisi ilə qırıldılar” demək onların ruhuqarşısında ağır günahdır. Axı onlar, minlərlə hektar torpaq, bir neçə yüksəklik dəazad etdilər...

 

“Polisin bu günlərində ona da dəstək gərək deyilmi, ay Sevinc Osmanqızı?..”

.

...Rəhmətlik şəhid atasıOsman Mirzəyevin ruhuna görə hörmət bəslədiyim Sevinc Osmanqızı iyulun 2-də iki nəfərlə söhbəti zamanı istehza dolu bir əda ilə dedi ki, bu günpolislərin peşə bayramıdır. Həmin iki nəfər də polislərlə, hüquq-mühafizəorqanlarıyla heç bir əlaqəsi olmayan, məntiqsiz mülahizələr yürüdən adamlar idi... Kiminsə hansısa mövzuda ürəksözlərini deməyə, başqalarını tənqid etməyə heç kəs etiraz etmir. Ancaq bəs səmimiyyətə,ürək açıqlığına, vətəndaş mövqeyinə sözünüz nədir? Əsl insanın hər bir mühakiməsidə, mülahizəsi də öncə imana, ixlasa, məntiqə söykənməlidir. Bunlar isə aparıcıSevinc xanım başda olmaqla polis barədə ağlagəlməz, ağlasığmaz, gerçəkdən uzaqsöhbətlər etməyə başladı...

Əvvəla, ən azı, bir jurnalist, insanlıq etikası var.Öncə Azərbaycan polisində xidmət göstərən insanları peşə bayramları münasibətiləbir cümlə ilə də olsa, təbrik etmək lazım idi. Axı vaxtilə həm Qarabağda döyüş meydanlarında,həm də ölkə daxilində cinayətkarlıqla mübarizə aparan polislər bu ağırpandemiya, karantin günlərində də xalqın nəinki asayişi, sağlamlığı keşiyində dədayanıblar. Polisin bu gərgin günlərində ona da dəstək gərək deyilmi, ay SevincOsmanqızı?..

 

“Xalq İsfəndiyar Vahabzadə ilə Ramiz Yunusun deyişməsindən nə fayda götürəcək?..”

 

Yaxud son günlər hörmətli mərhumustad şairimiz Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə ilə RamizinYunusun bir-biri haqqında söylədiyi ifadələrdən xalq hansı nəticəni çıxarsın,hansı ibrəti götürsün? İ.Vahabzadə deyirki. Ramiz Yunus Hambarsumyandı, ermənidir. Nə bilim, südü nədir-filandır. İnsanlar da qulaq asır. Onun ardınca Ramiz Yunus çıxır efirə ki, bəs İ.Vahabzadə sən hansı millətçilikdən danışabilərsən? Sən vaxtilə gedib İranda fars hərbçilərinə tərcüməçilik etmisən. Bilirsiz, İranda tərcüməşiik edib yenə dəmillətçi qalmaq olar... Bir sözlə, xalq İsfəndiyar Vahabzadə ilə Ramiz Yunusundeyişməsindən nə fayda götürəcək, bilmirəm...

 

Rəhmətlik Məhəmməd Füzulideyir ki,

Ver sözə ehya ki, tutduqcasəni xabi-əcəl... Yəni, ölüm yuxusu səni tutanda sözə bir dirilik ver...

Azərbaycanın Qarabağlabağlı son dərəcə kritik, dramatik birdurumda olduğu bu günlərdə vətəndaş olaraq hər birimizin sözü bizlərə dirilikverməlidir, ruh verməlidir, həyat verməlidir, Vətən uğrunda, torpaqlarımızınazadlığı uğrunda mübarizlik, savaş ruhu verməlidir...

 

"Danışanda elə danışmaq lazımdır ki, sözlərini eşidənləri öz arxanca apara biləsən..."

 

Gerçək söz demək üçün də, müxalifətdəolanda da, iqtidarda olanda da səmimi olmalısan... Çox istərdim ki, bu günmüxalifət nümayəndələri iqtidarın hansısa müsbət işlərini deyə bilsinvə əksinə, iqtidar başındakılar da müxalifətin müsbət bir addımını dəyərləndirsin...O zaman xalq müxalifətə də inanar, iqtidara da... Yəni mən “iqtidar” deyəndəteleviziyada, mətbuatda dövlətimizi, hakimiyyəti təmsil edərək danışan şəxslərinəzərdə tuturam... Onlar deyilənləri unutmamalıdırlar... Danışanda elə danışmaq lazımdır ki, sözlərini eşidənləri öz arxanca apara biləsən...Pifaqor necə də yerində deyib: “Ya sus, ya da susmaqdan qiymətli bir sözdanış...”

 

"Elə söz deyək ki, bu günkü ağır günlərimizdə bizləri ayrılığa yox, birliyə, vəhdətə sövq etsin..."

 

Bir sözlə, bir yalan, gerçəyi əks etdirməyən məntiqsiz söz bizləri xalq olaraq parçalayır,pərən-pərən salır. Gəlin, hər bir sözümüzə diqqət edək, xüsusən bir-birimiz barədə.İxlaslı, səmimi olaq. Elə söz deyək ki, bu günkü ağır günlərimizdə bizləriayrılığa yox, birliyə, vəhdətə sövq etsin... Ən azı, Qarabağ naminə, vahid düşmənimizlə- torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan təcavüzkar Ermənistana qarşıvahid bir cəbhədə mübarizə naminə, bu yolda canını fəda etmiş şəhidlərimizinruhu naminə və nəhayət, Milli Ordumuzuntorpaqlarımızı azad edib üçrəngli bayrağımızı Şuşaya, Xankəndinə, Laçına, Kəlbəcərəsancması naminə...”

 

Qeyd: Müəllif yazını Tovuzistiqamətindəki gərgin döyüşlərdən öncə təqdim edib.

Mənbə: moderator.az