Millət vəkili: “Bu hücumlar bir mərkəzdən idarə olunur”

Millət vəkili: “Bu hücumlar bir mərkəzdən idarə olunur”

Azərbaycan xalqı hər zaman öz dövlətini müdafiə etmək üçün reaksiya göstərir. Azərbaycan şəhidləinin ruhuna hörmət ifadə edir. Biz görürük ki, şəhidlərimizin dəfni zamanı hər bir azərbaycanlı öz oğlunu dəfni etmiş kimi olur. Bu, xalqımız üçün çox emosional zərbədir. Amma bununla yanaşı biz gördük ki, ordumuza dəstək üçün küçəyə çıxan insanların arasında təxribatçılar da oldu və onlar dövlətin qoruması altında olan parlamentə daxil oldu, polis avtomobillərini sıradan çıxardı, polis əməkdaşlarına daş atdılar.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib.

Asim Mollazadə istisna etməyib ki, ermənilərin Tovuzda həyata keçirdiyi təxribat müəyyən bir qrup üçün siqnal ola bilərdi: “Məncə, bunların hamısı bir əlaqələndirici ola bilər. Çünki sosial şəbəkələrə də baxan da görürəm ki, həm Ermənistan tərəfindən, həm də Azərbaycandakı bəzi qruplar “Allahu Əkbər” şüarları və Azərbaycan dövlətçiliyinə zidd olan hərəkətlərlə irəli gediblər.

Ola bilsin ki, bunların hamısı bir mərkəzdən olan hadisələrdir. Bu çox ciddi şübhə doğurur. Mənə elə gəlir ki, hüquq mühafizə orqanları çox ciddi araşdırmalar aparmalıdırlar, bu insanların mənşəyi, arxasında nə durur və onların bu ağır dönəmdə Azərbaycan dövlətçiliyinə hücum etməyə nə vadar etdiyi məsələləri araşdırılmalıdır. İndi biz erməni təxrbatı barəsində bütün dünyanı məlumatlandırırıq və çox güman ki, Ermənistanın bu hücumudan istifadə edərək bəzi qruplar daxildən Azərbaycan dövlətçiliyinə zərbə endimək istəyiblər. Ona görə, bu xoşagəlməz hadisədir. Eyni zamanda bizim şəhidlərimizə, Azərbaycan dövlətinə və küçələrdə Azərbaycanın müdafiəsinə çıxan xalqa hörmətsizlikdir”.

Millət vəkili ehtimal edir ki, bir mərkəz bütün bütün bu prosesləri idarə edir: “Çox güman ki, belədir. Azərbaycanın dövlət müstəqilliyini istəməyən, ərazi bütövlüyünə göz digən və Azərbaycan dövlətini qəbul etməyən qüvvələrdir. Sözsüz ki, həm də onların Azərbaycandakı maşaları. Bunu, belə də adlandırmaq olar”.

Mənbə: teleqraf.com