Tovuzda düşmən mərmisi ilə həlak olan mülki vətəndaşımızın evindən FOTOREPORTAJ

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri (ANAMA) Ermənistanın təxribatları nəticəsində Tovuz rayonunun Ağdam kəndində mərmi düşən evə baxış keçirib.

Bu barədə milletinsesi.info-ın cəbhə bölgəsində olan əməkdaşı xəbər verir.

ANAMA ekspertləri Əziz Əzizova məxsus evin həyətində əməliyyat keçirir. Onlar bundan əvvəl Tovuzun Dondar Quşçu kəndindən də ekspertizadan keçirilməsi üçün mərmi qəlpələrindən nümunələr götürüblər.

Qeyd edək ki, iyulun 14-də Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çoxsaylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

Aqşin Kərimov

FOTO: Ramil Zeynalov

Milletinsesi.info

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycan və Ermənistanın iki variantı var - ya müharibə aparmaq, ya da..." - Felqenqauer

SONRAKI XƏBƏR

"Real"ın bütün oyunçuları "Qızıl top"a layiqdir"