"Yenidən başlamış Azərbaycan-Ermənistan toqquşmalarının böyük güclə və bütün istiqamətlərdə getməməsi güman etməyə imkan verir ki, tərəflər genişmiqyaslı müharibə istəmirlər". Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Pavel Felqenqauer Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə toxunarkən deyib.
O qeyd edib ki, heç bir tərəf genişmiqyaslı müharibə istəmir, bu ssenari heç bir tərəf üçün əlverişli deyil, lakin bu, əsas arqument deyil, çünki problemlər hədsiz dərəcədə çoxdur.
"Bu anda tərəflərin çox variantları yoxdur - ya müharibə aparmaq, ya da nə sülh, nə müharibə konsepsiyasını davam etdirmək", - deyə Pavel Felqenqauer bildirib.
Alpər Mövludoğlu
Ordu.az