"İlk olaraq Xocalı hava limanı bombardman edilməli, Dağlıq Qarabağa gələn bütün yollar dağıdılmalı və..."

"İlk olaraq Xocalı hava limanı bombardman edilməli, Dağlıq Qarabağa gələn bütün yollar dağıdılmalı və..."

Son günlər Tovuz sərhəd istiqamətində gedən döyüşlər zamanı bir neçə Şəhidimiz həlak olub. Onların sıralarında aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə General rütbəsi alan Polad Həşimov da ön cəbhədə şəhid oldu. Əlbəttə, Azərbaycan Generalının ön cəbhədə, əsgərlərin yanında həlak olması onun qeyrətindən, Vətənpərvərliyindən və qorxmazlığından xəbər verir.

Düşünürəm ki, bundan sonra biz bütün ordunu səfərbər etməliyik, Qarabağımızı erməni işğalçılarından tamam azad etmək məqsədi ilə silahlarımızı Qarabağa doğru çevirməliyik. Bunun üçün, bizim əlimizdə əsas var və bu gündən sonra heç bir beynəlxalq təşkilat bizə irad tuta bilməz ki, siz niyə ermənilərə qarşı hücum edirsiniz. Çünki, uzun illər boyunca Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazisi kimi tanınmasına baxmayaraq bu torpaqlar hələ də işğal altında olması, Tovuz sərhəd istiqamətində hücüma ilk olaraq ermənlərin başlaması, əsgərlərimizi, generalımızı və bu gün eşitdiyimə görə bir nəfər siravi vətəndaşımızı qətlə yetirmələri və bütün bunların Dağlıq Qarabağdan uzaq olan bir ərazilərdə baş verməsi bizə böyük şans verir ki, biz Qarabağın azad olunması uğrunda öz savaşımıza başlayaq. Bunun üçün, bizim şanlı ordumuz, qeyrətli övladlarımız, tam hüququmuz və imkanımız var.

İlk olaraq Xocalı hava limanı bombardıman edilməlidir, Dağlıq Qarabağa gələn bütün yollar dağıdılmalı və dərhal hücüma keçilməlidir. Bu iki gün ərzində, nəqədər siravi vətəndaşlarımız arasında millətimizin igid oğullarının olmasının və onların hər an döyüşə hazır olmalarının şahidi olduq. Heç bir beynəlxalq təşkilat, heç bir ölkə bizə “Dur” əmri və ya məsləhəti verə bilməz. Bununla bağlı bütün xalq Prezidentin qərarını və əmrini gözləyir.

İnanıram ki, biz Zəfər Bayrağımızı Şuşaya, Xankəndinə və ümumiyyətlə bütün Qarabağa sancacağıq.

ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin!

P. S. Azərbaycan Generalının Şəhid olması faktı üzrə cinayət işi açılmalıdır və bu məsələdə ordu sıralarında və müdafiə nazirliyi daxilində agentlərin, satqınların olub-olması ciddi araşdırlmalıdır və günahkarlar vətən xaini kimi cəzalandırılmalıdır! Çünki istənilən halda döyüş bölgəsində olan hər bir yüksək rütbəli zabitin hərəkət trayektoriyası və koordinatları məxfi saxlanılmalı və onun təhlükəsizliyi tam təmin olunmalıdır. Görünür, ordu sıralarında hələ də satqınlar və ermənilərlə qohumluq əlaqələri olanlar var.

Əli Ömərov, Keçmiş baş prokuror

 

Mənbə: moderator.az