Tovuz döyüşlərinin yaratdığı yeni REALLIQ: Azərbaycan diasporunun gücü Yerevanı narahat edir

Tovuz döyüşlərinin yaratdığı yeni REALLIQ: Azərbaycan diasporunun gücü Yerevanı narahat edir

Ermənistanın Diasporla İş üzrə Komissarlığın 10-dan çox şöbə müdiri vəzifəsindən azad olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, kommisar Zare Sinanyanı çıxmaq şərtilə, qurumun əksər yüksəsk vəzifəöli şəxsləri işindən azad olunublar.

Yerli jurnalistlər bu istefaların Tovuz döyüşlərindən dərhal sonra baş verməsini təsadüf hesab etmir. Yerli jurnalistlər bunun arxasında uğursuz diaspor siyasətini, ayrı-ayır ölkələrdə Ermənistan diplomatiyasının və icmalarının uğursuzluğöa düçar olmalarını əsas göstərir.


“Diasporla İş üzrə Komissarlıq Ermənistan-Azərbaycan gərginliyi zamanı, çoxsaylı erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passiv olub. Qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yer yarılıb, altına girmişdi", - deyə “Past” nəşri tənqidi məqalə yazıb.

Cənubi Kipri çıxmaq şərtilə, erməni diasporunun olduğu digər ölkələrdə azsaylı nümayişlər, yerli hökumətlərin Yerevanın mövqeyini dəstəkləməməsi və Paşinyan hökumətinin diplomatik təcrid vəziyyətinə düşməsi rəsmi Yerevanın ciddi narazılığına, hakimiyyət kulkuarlarında söz-söhbətə səbəb olub.

Diasporun potensialından tam istifadə olunmadığı qənaətində olan Nikol Paşinyan komissar Zare Sinanyanla emosional söhbət edib, ondan icmalarla əlaqələri aktivləşdirməyi, narazılıq və soyuqluq doğuran məqamları aydınlaşdırmağı tələb edib.

Tovuz təxribatı zamanı Azərbaycan diasporunun aktivliyi, xüsusən, Paris, Nyu-York, London, Moskva, Kiyev, Madrid, Roma, Varşava, Praqa, Berlin, Nürnberq, Brüssel, Hyuston, Sankt-Peterburq kimi önəmli siyasət mərkəzlərində izdihamlı aksiya keçirməsi Paşinyan üçün “soyuq duş” effekti doğurub.

Yaxın vaxtlarda rəsmi Yerevanın diasooir siyasətində əsaslı dəyişikliklər etməsi, güclənmiş Azərbaycan diasporuna qarşı əks-tədbir görülməsini müzakirə edəcəyi bildirilir

Mənbə: modern.az