“Azərbaycan Prezidentinə qulaq asmasalar ermənilər bir az da pis günə düşəcəklər” ÖZƏL-MÜNASİBƏT

Erməni xalqı Cənab İlham Əliyevin dediklərini nə qədər tez başa düşsə, nə qədər tez ölkə başçımızın dediklərinin mahiyyətini anlasa bir o qədər onlar üçün xeyirdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktoru qeyd edib ki, yeri gəlsə, Cənab Prezidentimizin o bəyənatına Cənibi Qafqazın lider dövlətinin bəyənatı kimi yanaşmalıdırlar və başa düşməlidirlər ki, Cənab İlham Əliyev Cənubi Qafqaza, o cümlədən erməni xalqına da yol göstərə, məsləhət verə bilər.

“Başa düşməli idilər, amma ermənilərin bu vaxta qədər başa düşməməsinin nəticələri artıq çox aydın şəkildə ortalıqdadır. Ötən əsrin 88-ci ilində Ermənilər Dağlıq Qarabağ məsələsini ortalığa atanda bütün dünya onları müdafiə edirdi. 1988-ci ilin Spitak zəlzələsində Ermənistana Amerikadan gələn yardımlara, yardım karvanına o zamankı ABŞ prezidenti ata Corc Buşun oğlu Vedd Buş başçılıq edirdi və Ermənistana təyyarələrlə yardımı o gətirmişdi. İndi Ermənistanı heç kəs müdafiə etmir. Amerika Konqresində də nə qədər qərarlar qəbul olunub hamının xəbəri var. 1988-ci ildə də ermənilər 15 milyon idilər. İndi Ermənistan qarışıq 10 milyondan danışırlar. Dağlıq Qarabağ münaqişəsi başlayanda Rusiya, o zaman SSRİ Nazirlər Sovetinin sədri Rıjkov guya zəlzələdə yardım adı ilə Ermənistanın dövlət büdcəsinə 2 illik vəsait köçürdü. Yəni o zamankı hesabla 7 milyard dollar vəsait köçürdü.

Hazırda ermənilərin kapitalı 2 dəfə azalıb. Təsəvvür edin ki, o zamankı kapital 500 milyard dolların dəyəri ilə indiki 200 milyard dollar tamam fərqli şeylərdir. Yəni dollar da dəfələrlə ucuzlaşıb. Bütün bunları sadalamaqda məqsədim odur ki, yəni ermənilər ayılsınlar və Cənab İlham Əliyevin dediklərinə yaxşı qulaq assınlar. Görsünlər ki, 88-ci ildə nə vəziyyətdə idilər, indi nə vəziyyətdədirlər. Həm geosiyasi, müttəfiq baxımından, həm maliyyə baxımından bu qədər onların geri düşmələrinin yeganə səbəbi onların Azərbaycan torpağının işğalı ilə məşğul olmalarıdır. Cənab İlham Əliyevə qulaq asmayıb davam etdirsələr bir az da pis günə düşəcəklər. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə ölkə başçımız Ermənistanda baş verənləri Azərbaycanın fəaliyyətinin nəticəsi hesab etdi və mən də elə hesab edirəm ki, bu, elə Cənab Prezident İlham Əliyevin yaratdığı işdir bu müasir bərbad, xaraba Ermənistan. Bu baxımdan da onlar deyilənlərə qulaq asmasalar bundan da bərbad günə düşəcəklər”, deyə Mübariz Əhmədoğlun bildirib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“Bu təşkilatların fəaliyyəti ikili standartdır” ÖZƏL-MÜNASİBƏT

SONRAKI XƏBƏR

"Sabah" Ramil Şeydayevlə bağlı qərar verdi - RƏSMİ