"Bu QHT-lərə Dövlət Dəstəyi Şurasının gördüyü yaxşı işlərə gölgə salmaq cəhdidir"

“Azadlıq “ qəzetinin əməkdaşı Rövşən Hacıbəylinin QHT-lərə Dövlət Dəstəyi Şurasının son illərdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və ümumiyyətlə “erməni məsələsi “ ilə bağlı vətəndaş cəmiyyəti institunun gördüyü işləri “təftiş” edən bir yazısı diqqətimi çəkdi. (Qarabağ həqiqətləri: çatdırılma… pulludur)

Və mənim rəhbərlik etdiyim Müstəqil Araşdırmaçı Jurnalistlər liqası İctimai Birliyinin gördüyü fəaliyyətə üzdən, statistik yanaşmasına münasibət bildirmək məcburiyyəti yaratdı. Əvvəla onu deyim ki, QHT sektoru erməni təbliğatının qarşısında fəaliyyətini ortaya qoyan və məqsədyönlü fəaliyyət göstərən bir qurumdur və Rövşən bəy yaxşı araşdırmaçı -jurnalist olsaydı, ona ötürülən bu kompramatı heç olmasa bir az incələyərdi. Belə bir həssas mövzuya girən və ittihamları dilə gətirən şəxs bilməli idi ki, QHT-lər layihələrini Şuraya təqdim etdikdən sonra bir neçə mərhələdən keçir və qalib elan edildiyi təqdirdə ayrılan vəsaitə uyğun fəaliyyət planı hazırlanır, müqavilələrdə ona görə bağlanır. Ola bilsin ki, nəzərdə tutulan layihənin bir hissəsi, həm də daha əhəmiyyətli yönü qəbul edilsin və bizim layihələrdə də bəzən belə olmuşdur. Rövşən bəyin araşdırma aparmadan təqdim etdiyi predmetin tam halda olanı deyil və bu cəhətdən çox qüsurludur. Biz bəzən ayrılan vəsaitdən də çox işlər görmək məcburiyyətindəyik. Məsələn, onun layihə ilə nəzərdə tutulan armenianissue.info saytının yaradılması üçün vəsait ayrılır, amma onun bir neçə il davam etdirilməsi üçün şəxsi fədakarlıq tələb olunub. armenianissue.info saytı iki dildə nəzərdə tutulsa da 5 dildədir- azərbaycanca, türkçə, rusca, ingiliscə və ermənicə yayımlanır. Minlərlə paylaşımlar olub. İki həftə bunda əvvəl ermənilərin bir şikayəti üzərinə deaktiv duruma salınıb, və qəribədir ki, Rövşən bəyin “araşdırma” məqamına dünk gəlib. “ armenianfacsizm” adlı sayt isə yerli dibli olmayıb və o layihə kimi təqdim olunsa da layihə həyata keçirilərkən yaradılması məqsədə uyğun olmayıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi çərçivəsində hazırladığımız “Erməni faşizmi” adlı kitab ermənilərin ikinci dünya müharibəsi illərində və ondan əvvəlki dönəmlərdə ermənilərin nasist fəaliyyətin ermənicə mənbələrlə ortaya qoyan dəyərli kitab kimi rəğbətlə qarşılanıb. İndi onun Türkiyə türkçəsində və ingilis dilində 286 səhifəlik versiyası çapa hazırlanır. Çox cüzi araşdırma bu kitab, onun bir neçə yerdə təqdimatı, onun haqqında rəyləri , fikirləri ortaya çıxarardı. Bu , Rövşən Hacıbəylinin ciddi araşdırma aparmadığını və səthi bir yazı yazdığnı ortaya qoyur. Digər həmkarlarımın layihələrinin də içəriyinə enməyib, səthi mülahizələr söyləyib ki, bu da ümumi işimizə zərər verə bilər Yenə də bizim layihə çərçivəsində “Erməni cinayətləri ermənilərin dilindən “ adlı 40 dəqiqiqəlik sənədli film hazırlanıb, hesab edirəm ki, dəyərli Rövşən bəyin nə bundan, nə bizim çoxsaylı kitab , məqalə və başqa materiallarımızdan xəbəri olmaz. Bu mövzular onun yaradıcılıq sferasına aid deyil. Mən bir ermənişünas alim kimi onlarca beynəlxalq konfranslarda , sempozyumlarda , toplantılarda erməni cinayətlərinin xarakterini açıb ortaya qoymuşam. Gərək Rövşən Hacıbəyli bunları görməzdən gəlməyəydi. Əlbəttə, mən o fikirdə deyiləm ki, bizim erməni ideologiyası ilə mübarizədə işlərimiz lazımi səviyyədə deyil. Təbliğatımız da şəxsən mənim istədiyimin qədərində deyil. Amma bu o demək deyil ki, lazımi araşdırma aparmadan , məsələlərin kökünə varmadan, öyrənmədən, bu işi götürən adamlarla söhbət etmədən hökm verəsən. Bu QHT-lərə Dövlət Dəstəyi Şurasının bu istiqamətdə gördüyü yaxşı işlərə kölgə salmaq cəhdidir. Mən buna çox təəssüf etdim...

Hörmətlə Qafar Çaxmaqlı ( Mehdiyev)

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Moskvada koronavirusa yoluxanların sayı kəskin artıb

SONRAKI XƏBƏR

Dərbəndin başçısı vəzifəsini icra edən Fuad Şıxıyev həbs olundu