“Polis əməkdaşlarının şəhid ailələrinə bayram sovqatları paylaması qürurvericidir”

“Polis əməkdaşlarının şəhid ailələrinə bayram sovqatları paylaması qürurvericidir”

Əliməmməd Nuriyev: “Şəhidlərimizi nə qədər ucada tutacayıqsa, torpaqlarımız da işğaldan o qədər tez azad olunacaq”

Qurban bayramı münasibətiilə respublikamızın bir sıra bölgələrində DİN əməkdaşları şəhid ailələri, habeləaztəminatlı ailələlərə baş çəkib, onlara bayram sovqatı paylayıb.

Polis əməkdaşlarının bubayramda da şəhid ailələrini yaddan çxıarmaması, onları yad etməsi Azərbaycanpolisinin şəhidlərimizə olan sevgi və ehtiramının daha bir isbatı sayıla bilərmi?

Moderator.az-a açıqlamaverən hüquqşünas Əliməmməd Nuriyev polis əməkdaşlarının bu addımınıalqışladığını vurğuladı:

“Şəhidlər vətənin,xalqın, hər kəsin şəhididir. Xatırladım ki, polis əməkdaşlarının özü 90-cı illərinəvvəllərində torpaqlarımızın erməni işğalından müdafiə olunmasında yaxındaniştirak edib, onların bir qismi şəhid olub. DİN-nin nəzdində yaradılan Daxili Qoşunlarda Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb, çoxlu şəhidlər verib.

Azərbaycanda şəhidlərəhörmət birmənalıdır. Bu bir ənənədir. Son illərdə bu ənənə daha da genişlənib. Bizpolisin vətəndaşlara olan münasibətini karantin dövründə də gördük. Polisdəetik davranış standartları keyfiyyət etibari ilə tamam fərqli müstəviyə yüksəlməkdədir.Bu, həm də polisin daxilində aparılan işlə bağlıdır.

Şübhəsiz, polis əməkdaşlarınınşəhid ailələrinə bayram sovqatları paylaması alqışlanmalıdır. Biz şəhidlərimizinə qədər ucada tutacayıqsa, şübhəsiz, o qədər torpaqlarımız işğaldan tez azadolunacaq, xalqımızın dəyərlər sistemi bir o qədər inkişaf edəcək.

Qurban bayramı bizimmilli-tarixi bayramımızdır. əsrlər uzunudur ki, xalqımız bu baramı qeyd edir. Bubaxımdan polis əməkdaşlarının Qurban bayramı günüdə şəhid ailələrinə bayramsovqatları göndərməsi polisin ənənələrimizi yaşatması, onu inkişaf etdirməsideməkdir”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az