Yeni platforma yaradıldı: Ordu və xalqımıza dəstək…

Azərbaycanda bir qrup vətənpərvər azərbaycanlı gənc tərəfindən “Karabakh is Azerbaijan” platforması yaradılıb.

Layihənin idarə heyətinin üzvü İlkin Namazlı Axar.az-a açıqlamasında bildirib ki, platformanın yaradılmasında məqsəd informasiya müharibəsində iştirak edərək, Ordumuza və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir.

Platformaya qısa müddət ərzində Feysbuk vasitəsilə 16 min, Teleqram vasitəsilə 1000, Votsap vasitəsilə isə 7000-dən çox üzv qoşulub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İmtahan stressini necə azaltmaq olar. Psixoloqun tövsiyələri

SONRAKI XƏBƏR

Bentley Bentayga modelinin ən dəbdəbəli versiyası barədə "danışıb" - FOTO