“Düşmən təxribatları ilə mübarizədə hər kəs dövlətimizə əlindən gələn dəstəyi göstərməlidir”

“Düşmən təxribatları ilə mübarizədə hər kəs dövlətimizə əlindən gələn dəstəyi göstərməlidir”

Xəbərverdiyimiz kimi, düşmənin “Twitter”də Azərbaycanın Müdafiə Nazirliyinin adınasaxta səhifə yaradıb. Bununla bağlı bəyanat verən Müdafiə Nazirliyi, erməni təxribatıilə bağlı hər kəsi məlumatlandırıb, səhifənin ləğvi üçün ictimaiyyəti məlum səhifəninşikayət etməyə səsləyib.

Moderator.az-aaçıqlama verən Respublika Veteranlar Təşklilatının sədr müavini, polkovnik CəlilXəlilov düşmənin təxribatlarına qarşı mübarizədə media və ictimaiyyətin aktiviştirak etməsinin vacib olduğunu vurğuladı:

“Ermənilərinson addımı düşmənin informasiya təxribatının davam etdiyini, işğalçı dövlətinbeynəlxalq ictimaiyyəti aldatmaq üçün yeni təxribatlara əl atdığını göstərir.Bu fakt onu göstərir ki, iyul döyüşlərində məğlub olan Ermənistan, işğaldakıtorpaqları azad etmək haqqında deyil, yeni təxribatlar və yalanlar haqqındadüşünür. Düşmən yalan informasiyalarla ictimai rəyi çaşdırmağa, xalqımızın vəordumuzun mənəvi-psixoloji durumuna təsir göstərməyə çalışır.

Şübhəsiz,hər bir azərbaycanlı, xüsusilə də milli mediamız düşmən təxribatlarınınqarşısının alınmasında yaxından iştirak etməli, bu kimi məsələlərdə MüdafiəNazirliyinə əlindən gələn dəstəyi əsirgəməməlidir. Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər və odurki, bir an belə olsun sayıqlığımızı itirməməliyik. Çalışmalıyıq ki, düşmən təxribatlarınıvaxtında de-şifrə edək, bu təxribatları birlikdə dəf edək.

Unutmaqolmaz ki, biz düşmənlə bütün müstəvilərdə mübarizə aparırıq və bu mübarizəninuğurla başa çatması üçün hər birimizin dövlətimizin ətrafında sıx birləşməsinə,onun hər bir çağırışına anındaca cavab verməyimizə ehtiyac var. Əminəm ki, bugünə qədər bu mübarizədə böyük əmək sərf edən KİV, bundan sonra da dövlətimizəlazımi dəstəyi verəcək və düşmən təxribatlarının ifşa edilməsində hər zamankıkimi yaxından iştirak edəcək”.

Mənbə: moderator.az