Almaniya Elit Ordu Birliyini sağçılıq fəaliyyətlərinə görə ləğv edir

Almaniya Elit Ordu Birliyini sağçılıq fəaliyyətlərinə görə ləğv edir

Almaniyanın Müdafiə Nazirliyi sağçı və neo-nasist ideologiyasına məruz qaldığı barədə xəbərlərdən sonra Xüsusi Qüvvələr Komandanlığının (KSK) şirkətini rəsmi olaraq ləğv edib.

Bəzi ekspertlər bu addımın sağçı ekstremizmin Almaniya ordusu daxilində dərinliyini göstərdiyini bildirib.

"Bu, ilk dəfə əsgərlərin sağçı ekstremist kimi göstərdikləri fərdi halların deyil, Almaniya Federal Silahlı Qüvvələrində sağçı ekstremist şəbəkələrin olduğunu təsdiqləyir"- deyə, Düsseldorf Tətbiqi Elmlər Universitetinin professoru və Sağ Cinah Ekstremizmi Araşdırma Birliyinin direktoru Fabian Virçou bildirib.

"Bu, təhlükəyə əvvəllər siyasi və hərbi liderlər tərəfindən sistematik olaraq məhəl qoyulmadığını göstərir", Virçou Amerikanın Səsinə bildirib.

Almaniyanın müdafiə naziri Anneqgret Kramp-Karrenbauer KSK-nın 2-ci şirkətinin ləğvi ilə bağlı bəyanatı iyulun 1-də sağçı fəaliyyət iddiaları araşdırıldıqdan verib.

Kramp-Karrenbauer bildirib ki, istintaq KSK-nın "zəhərli liderlik mədəniyyəti" ilə ətrafında "gizli divar" qurduğunu ortaya çıxarıb.

Müdafiə Nazirliyi Amerikanın Səsinə verdiyi açıqlamada sağçı ekstremistlərin Almaniya silahlı qüvvələrinə və ya Bundesverə müdaxiləsinin qarşısını almaq və müəyyən edildikdən sonra onları aradan qaldırmaq üçün əlindən gələni etdiyini bildirib.

"250 000-dən çox əsgər, məmur və mülki işçi ilə sağ, sol cinahlar və ya islamçı ekstremizmin Bundesverdə yeri yoxdur"- deyə, Müdafiə Nazirliyinin sözçüsü bildirilib.

O deyib ki, ölkənin Hərbi Əks-kəşfiyyat Xidməti (MAD) KSK ilə əlaqəli 20 şübhəli iş daxil olmaqla, sağçı ekstremizdə şübhəli bilinən 600-ə yaxın iş üzərində işləyir.

İslahat çağırışları

Kramp-Karrenbauer KSK-nın sağçılıq fəaliyyətlərinin araşdırlması bölmənin "başdan ayağa" dəyişdirilməli və Bundesverə daha yaxşı reinteqrasiya edilməli olduğunu göstərdiyini bildirib.

"KSK-a sıfırlama düyməsini basmaq üçün vaxt verəcəyik" deyən nazir bölməyə islahatlar aparmaq, əks təqdirdə oktyabr ayınadək ləvğ edilməsinə möhlət verildiyini bildirib.

Onun islahat çağırışı KSK-dən bir nəfərin ona 12 səhifəlik məktub göndərdikdən bir neçə həftə sonra səslənib. Məktub yazan şəxs iddia edib ki, bölmədə sağçı ekstremizm tanınır və buna "məhəl qoyulmur və ya hətta yol verilir".

Yanvar ayında MAD əks-kəşfiyyat bölməsi orduda 500-ə yaxın əsgərin sağ ekstremizm şübhəsi ilə istintaq altında olduğunu bildirmişdi.

Mart ayında MAD bu barədə ilk hesabatında 2019-cu ildə ordu daxilində ekstremizmdə şübhəli bilinən hadisələrin sayının əhəmiyyətli dərəcədə artdığını demişdi.

KSK əməliyyatları

KSK 1996-cı ildə antiterror, girov xilasetməsi və kəşfiyyat məlumatları toplanması da daxil olmaqla, xüsusi əməliyyatlar üçün təsis edilib. Hal hazırda onun 1100-ə yaxın üzvü var.

Onun üzvlərinin Avropada və başqa yerlərdə, o cümlədən Əfqanıstan, Mali, Bosniya və Herseqovina və Kosovada bir çox əməliyyatlarda xidmət etdiyi bildirilir.

Almaniya ordusunun ən gizli və elit bir bölümü olan KSK-nin əməliyyatları çox nadir hallarda ictimaiyyətə açıqlanır.

Mənbə: www.amerikaninsesi.org