Ağ Ev və Demokratlar yeni yardım paketi ilə bağlı müzakirələri davam etdirir

Ağ Ev və Demokratlar yeni yardım paketi ilə bağlı müzakirələri davam etdirir

Ağ Ev rəsmiləri və Konqresin yüksək səviyyəli Demokrat qanunvericiləri milyonlarla işsiz də daxil olmaqla, yeni koronavirus yardım paketi ilə bağlı danışıqları bazar ertəsi bərpa etməyə hazırlaşır.

Danışıqlar bundan əvvəlki iqtisadi yardım paketinin bir hissəsi olan həftədə 600 dollarlıq federal işsizlik müavinətinin vaxtının bitməsindən bir neçə gün sonra başlanılır.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Senatda Demokratların lideri Çak Şumer, maliyyə naziri Stiven Mnuçin və Ağ Ev aparatının rəhbəri Mark Medous iyun ayında ölkədə koronavirusa yoluxmaların yendən artdığı vaxt Demokratlar və Respublikaçıların işsizlik müavinətlərinin vaxtı və ölçüsü ilə əlaqədar razılığa gələ bilməməsinin ardınca şənbə günü görüşüb.

Pelosi və digər Demokratlar ödənişləri 2020-ci ilin sonuna qədər uzatmaq istəyir. Prezident Donald Tramp və onun administrasiyası isə əlavə yardımın ilk olaraq həftədə 200 dollara qədər azaldılması və eyni zamanda işini itirənə qədər bir işçinin həftəlik maaşının 70 faizinin ödənməsinin nəzərdə tutulduğu yardım paketi üzərində işi davam etdirməyə çalışır.

Bazar günü CBS News kanalının “Face the Nation” proqramında verdiyi açıqlamasında Mark Medous "hələ qarşıda uzun yollarımız var. Yaxın zamanda bir həll yolunun tapılacağı ilə bağlı nikbin deyiləm" deyib.

Tətəflərin yardım paketinin həcmi ilə bağlı təklifləri bir-birindən çox fərqlidir. Demokratlar yeni xərclər üçün 3 trilyon dollar təklif edir, Respublikaçılar isə bu rəqəmi 1 trilyon dollarla məhdudlaşdırmağa çalışır.

Mənbə: www.amerikaninsesi.org