“Dünyada elə bir müqəddəs şey qalmayıb ki, ermənilər onu özləri ilə əlaqələndirməsin”

“Dünyada elə bir müqəddəs şey qalmayıb ki, ermənilər onu özləri ilə əlaqələndirməsin”

Hər zaman cəfəng fikirlərvə xəstə iddialarla gündəmə gələn ermənilər, bu günlərdə daha bir absurd iddiailə gündəmə gəlib. Belə ki, bu kəs şumerlərin qədim erməni olduğunu bildirəndüşmən, bununla da özünü dünyanın ən qədim sivilizasiyasına malik xalqıstatusunda tqədim edib.

Moderator.az-a açıqlamaverən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri,görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev bunu erməni xəstəliyininnövbəti təzahürü kimi dəyərləndirib:

“XX əsrin əvvəllərindənetibarən ermənilər heç vaxt olmayan erməni dövləti haqqında məlumatlar yaymağa,saxta mənbələr formalaşdırmağa başladılar. Saxta erməni dövlətləri haqqında məqalələryaydılar. Onlar ayaq basdıqları hər yeri erməni dövləti kimi qələmə verdilər. “BöyükErmənistan” xülyası yaratdılar. İndi onlar 20-dən çox erməni dövlətinin adını çəkir,xəritədə heç vaxt olmayan bu dövlətlərin yerini göstərirlər. Dünyada elə birmüqəddəs şey qalmayıb ki, ermənilər onu özləri ilə əlaqələndirməsin, onunmahiyyətini saxtalaşdırmağa cəhd etməsinlər.

Şumerlərə gəlincə, onlarqədim dil və mədəniyyətə malik xalq olub. Hansı ki, onların ermənilərlə heç briəlaqəsi, bağlılığı yoxdur. Şumer mədəniyyəti və dili ilə erməni dili və mədəniyyətiarasında heç bri yaxınlıq yoxdur. Ermənilərin əlifbası da, lüğəti də başqaxalqlardan götürülmədir. Onların özlərinə məxsus heç nə yoxdur. Şumerlərin ermənilərləbağlılığı ilə əlaqədar deyilənlərin hamısı cəfəngiyyatdır. Ermənilər bilir ki, şumerlərlə bağlı bizimiddiamız var. Bizim dilimizlə şumerlərin dili arasında xeyli dərəcədə oxşarlıqvar. Ermənilərin isə şumer dili və mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Sadəcə,yalan danışmaq onların peşəsidir və onlar bu gün də öz peşələrinə sadiqlik göstərirlər”.

Mənbə: moderator.az