“BEŞİKTAŞ” FANATI TAXT-TACIN XİDMƏTİNDƏ:Ərdoğanın gözündə yüksəlmiş ingilis kəşfiyyatçısı-diplomat

“BEŞİKTAŞ” FANATI TAXT-TACIN XİDMƏTİNDƏ:Ərdoğanın gözündə yüksəlmiş ingilis kəşfiyyatçısı-diplomat

Yana Rojdestvenskaya

“Kommersant”, 02.06.2020

Payızda məşhur ingilis kəşfiyyat xidmətinin – MI6-nın yeni rəhbəri Riçard Mur olacaq – peşəkar kəşfiyyatı məmuru, diplomat, türkcəni bilən mütəxəssis, Oksford və Harvard məzunu. Mur 1980-ci illərin sonlarında kəşfiyyat xidmətinə qoşulub və o zamandan kəşfiyyat məmuru və diplomat karyerasını birləşdirərək həm Əlahəzrətin Türkiyədəki səfiri, həm də İngiltərə Xarici İşlər Nazirliyinin siyasi direktoru vəzifəsini icra edib.

Bu həftə Riçard Murun İngiltərənin xarici kəşfiyyat xidmətinin (MI6) rəhbəri təyin olunduğu açıqlanıb. Payızda, o bu vəzifədə 2014-cü ildən bəri rəis olan Aleks Yangeri əvəz edəcək.

İngiltərə mediasının məlumatına görə, Murun vəzifələrindən biri, uzun illərdir xüsusi xidmət orqanlarının əsas yönlərindən biri olan islamçı terrorçulara qarşı mübarizədən Çin və Rusiyadan gələn təhdidlərə qarşı yönəltmək olacaq. Digər bir problem, ingilis kəşfiyyatının ənənəvi üstünlüklərini qoruyaraq, texnologiyanın və vacib məlumatlar analizinin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bir mühitdə MI6-nın texnoloji imkanlarını inkişaf etdirmək ola bilər.

Liviyada anadan olan 57 yaşlı Riçard Mur Oksford Universitetində fəlsəfə, siyasi elmlər və iqtisadiyyat üzrə təhsil alıb və Britaniya universitetlərinin məzunlarına verilən Kennedi təqaüdü ilə Harvardda oxuyub. 1987-ci ildə, 24 yaşında MI6-ya qoşulub və təyinat elanına əsasən, orada direktor vəzifəsinə çatıb.

Eyni zamanda, Mur diplomatik karyera qururub: Türkiyə, Pakistan, Vyetnam və Malayziyadakı İngiltərə elçiliklərində çalışıb.

Formal olaraq, MI6-dan Xarici İşlər Nazirliyinə keçərkən iş yerlərini dəyişdirməyib: Gizli Kəşfiyyat Xidməti rəsmi olaraq Xarici İşlər Nazirliyinə hesabat verir. Mur qısa müddətdə Nazirlər Kabinetində milli təhlükəsizlik müşavirinin müavini vəzifəsini icra edib.

2014-cü ildə türk dilini mükəmməl bilən Mur İngiltərənin Türkiyədəki səfiri olub. Bu vəzifəni o, 2017-ci ilə qədər tutub. Yəni 2016-cı ilin yayındakı hərbi çevrilişə cəhd zamanı da. Qəzetlərin yazdığına görə, Böyük Britaniyanın çevriliş iştirakçılarını kəskin qınamaqla, qiyama qarşı çıxacağına inanan Mur vəziyyəti tez qiymətləndirib: hadisələrdən bir neçə gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla həmrəyliyini ifadə edən Böyük Britaniya xarici işlər nazirinin birinci müavini Alan Dunkanın Türkiyəyə səfərini təşkil edib.

Bu jest Ərdoğanın nəzərində Böyük Britaniyanın mövqeyini gücləndirib, xüsusən də digər Qərb hökumətləri çevriliş cəhdinə bu qədər becid təpki vermədiyinə və iştirakçılarını qınamağa tələsmədiyinə görə.

Mur və arvadıı Meqqi Türkiyədəki diplomatik dairələrdə tanınmış simalar olublar. Riçard Murun arvadı, – demək olar ki, kordur, Ankarada bələdçi köpəklər yetişdirmək üçün bir xeyriyyə layihəsinin təşkilatçısı olub.

Yeni rəis bu müddət ərzində, digər şeylər arasında, yumoristik tvitləri ilə də məşhurlaşıb. Məsələn, türk qəzetlərindən biri İŞİD yaraqlılarının bomba partlayışını “ingilis casusu” ilə əlaqələndirdikdə və məqaləni aktyor Daniel Kreyqin Ceyms Bond rolundakı şəkli ilə bəzədikdə, bu ittihama cavab olaraq Mur tvit atıb: “Xeyr, belə düşünmürəm… Kimsə onlara Ceyms Bondun uydurma bir obraz olduğunu söyləsin”.

Riçard Mur Türkiyəyə marağını hər şəkildə vurğulayır: Ankaradakı səfir ikən, İstanbulun “Beşiktaş” futbol klubunun azarkeşi olub və rəsmi tərcümeyi-halında türk xalçaları, çini qablar, qolf, tarixi yerlərə gəzinti və dəniz gəzintisi başqa maraqları siyahısına salınıb.

Son illərdə Mur Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə direktor vəzifəsini icra edib. “Xidmətə rəhbərlik etmək üçün geri dönüşün istənməsi xoşbəxtlik və şərəfdir”, – deyə Mur vəzifəsinə təyin olunduqdan sonra bildirib.

Riçard Murun sələfi Aleks Yangerin təqaüdə çıxması ilə bağlı gözlənilməz heç nə yox idi. Xidmət rəisi ümumən beş il kəşfiyyata rəhbərlik edir, ancaq onun səlahiyyəti “Brexit”-ə görə daha bir il uzadılıb. Eyni səbəblə MI5 baş direktorunun da istefası təxirə salınıb.

Keçmiş səfirin MI6 rəhbəri vəzifəsinə təyin edilməsi o qədər də gözlənilən deyildi. İngiltərə qəzetlərinin yazdığı kimi, bu vəzifəyə üç-dörd namizəd var idi. Onların arasında Təhlükəsizlik və Terrorla Mübarizə İdarəsinin direktoru və 1990-cı illərin xarici işlər naziri olmuş Duqlas Hördun oğlu, eyni zamanda, İngiltərənin baş nazirlə birlikdə İton və Oksfordda təhsil alan Tomas Hörd da vardı.

AleksYangerin ən çox ehtimal olunan varisi o sayılırdı.

Digər bir namizəd, əvvəllər ölkəni BMT-də təmsil edən İngiltərənin ABŞ-dakı səfiri Karen Pirs idi.

Buna baxmayaraq, məhz Mur seçilib və “The Guardian”-ın yazdığına görə, həm kəşfiyyat işini bilən bir şəxs, həm də bir diplomat vəzifəsini layiqincə yerinə yetirmiş peşəkardır, o, hökumətin kəşfiyyatdan nə gözlədiyini yaxşı bilir.

Tərcümə: Strateq.az

Mənbə: strateq.az