Rusiyaya qarşı şok həmlə: Sərhədə hərbi qüvvə göndərildi

ABŞ və Polşa danışıqları başa çatdırdılar, bunun ardınca bu ölkəyə əlavə 1000 Amerika əsgəri göndəriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper açıqlama verib.

“ABŞ və Polşa gücləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi (EDCA) ilə bağlı danışıqları başa çatdırdılar. Razılaşma Polşada təxminən 1000 əsgərin daimi iştirakının artırılmasına imkan verəcək”, - Esper bildirib.

O xatırladıb ki, artıq Polşada rotasiya əsasında 4500 Amerika əsgəri var. Bundan əlavə, saziş Rusiyanın bölgəyə təsir imkanlarını məhdudlaşdırmağa və NATO-nu gücləndirməyə imkan verəcək.

Əlavə edək ki, ABŞ Müdafiə Nazirliyinin məlum qərarı qonşu Rusiya tərəfindən etirazla qarşılanıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Asayiş keşikçilərini öldürdükdən sonra 25 il gizlənən azərbaycanlı Rusiyada həbs olundu

SONRAKI XƏBƏR

Azərbaycan-Türkiyə birgə təlimlərinin İrəvanda doğurduğu şok effekt - düşmən anlayır ki...