ABŞ və İsraildən birgə addım: Yeni HMS-lər yaradılır

ABŞ və İsraildən birgə addım: Yeni HMS-lər yaradılır

Amerikanın “Raytheon Missiles & Defence” və İsrailin “Rafael” şirkətləri “İron Dome” hava hücumundan müdafiə sistemlərini istehsal etmək üçün ortaq müəssisənin yaradılması ilə bağlı müqavilə imzalayıblar.

Axar.az xəbər verir ki, müəissənin ABŞ ərazisində inşa ediləcəyi planlaşdırılıb.

ABŞ və İsrailin ortaq müəissəsi RRAPS (Raytheon RAFAEL Area Protection Systems) adını alıb.

“Bu müəissədə istehsal olunacaq silahlar həm ABŞ, həm də digər müttəfiq ölkələrin qoşun və infrastrukturu qorumağa imkan verəcək” - Raytheon Missiles şirkətinin vitse-prezidenti bildirib.

Mənbə: axar.az