Rus hakerlər keçmiş nazirin sənədlərini ələ keçirdi

Rus hakerlər keçmiş nazirin sənədlərini ələ keçirdi

Rusiyalı xakerlər ABŞ və Böyük Britaniya ticarəti ilə əlaqəli gizli sənədləri oğurlamaqda şübhəli bilinirlər.

Axar.az xəbər verir ki bu barədə Böyük Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.

Məlumata əsasən, gizli sənədlər Britaniyanın keçmiş ticarət naziri Liam Foksun elektron poçtundan oğurlanıb.

Bildirilir ki, xakerlər ötən ilin 12 iyul-21 oktyabr tarixləri arasında da eks-nazirin elektron poçt hesabına bir neçə dəfə daxil olublar.

Mənbə: axar.az