Müsəlman ölkəsindən işğalçıya dəstək – Müdafiə naziri Tonoyanla danışdı

Müsəlman ölkəsindən işğalçıya dəstək – Müdafiə naziri Tonoyanla danışdı

Ermənistanın müdafiə naziri David Tonoyan livanlı həmkarı Zeyna Akarla telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, həmsöhbətlər iki ölkənin silahlı qüvvələrindəki epidemioloji vəziyyəti müzakirə ediblər, qarşılıqlı fəaliyyət üçün əlavə imkanların yaradılması barədə fikir mübadiləsi aparıblar.

Tərəflər regional hərbi-siyasi proseslərə və ikitərəfli sazişlər çərçivəsində hərbi əməkdaşlığı genişləndirmək və dərinləşdirmək ehtiyaclarına da toxunublar.

Əlavə edək ki, Livan qondarma erməni soyqırımını tanıyan iki müsəlman ölkəsindən (digəri Suriya) biridir. Zaman-zaman Ermənistan-Azərbaycan münaqişəsinə də birtərəfli mövqe sərgiləyən Livanın rəsmiləri işğalçının haqsız iddialarına dəstək veriblər.

Mənbə: teleqraf.com