Pompeo "Taliban" liderinin müavini ilə görüşdü

Pompeo "Taliban" liderinin müavini ilə görüşdü

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeo və "Taliban" liderinin müavini molla Əbdülqəni Bəradər videokonfransda Əfqanıstan hökuməti ilə aparılan danışıqları müzakirə edib.

Bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Məlumata görə, "Taliban" liderinin müavini və ABŞ Dövlət katibi Mayk Pompeo sülh prosesi, məhbusların azad olunması və bir sıra məsələləri müzakirə ediblər.

"Taliban" siyasi bürosunun nümayəndəsi Suheyl Şahin məhbusların sərbəst buraxılması üçün Əfqanıstan hökuməti ilə danışıqlara başlamağı vacib sayıb.

Mənbə: eastnews.org