İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

...Suriyanın havadan müdafiə sistemləri Dəməşqin cənub-qərb səmasında hərəkətə keçib

İsrail hərbi helikopterlər və raketatan qurğular vasitəsilə Suriyanın Qunaytara əyalətini hədəfə alıb.

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, ötən gecə İsrailin helikopterləri Qunaytara əyalətinin əl-Qahtaniyyə qəsəbəsini hədəfə alıblar.

Eləcə də Qunaytara əyalətinin digər bölgələrinə raket atılıb.

Suriyanın havadan müdafiə sistemləri Dəməşqin cənub-qərb səmasında hərəkətə keçib.

Məlumata görə İsrailin təcavüzü nəticəsində ölən olmayıb, xəsarətlər isə yalnız maddi ziyanlardan ibarətdir.

Mənbə: www.interaztv.com