General açıqladı: Türkiyə ordusunun yeni hədəfi...

General açıqladı: Türkiyə ordusunun yeni hədəfi...

Türkiyə ordusunun İraqın şimalında yeni hədəfi Sincar və Mahmur olmalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan zabiti, general-mayor İhsan Başbozqurd ölkə mətbuatına deyib.

“İraqın şimalından Suriyanın şimalına, oradan da Aralıq dənizinə çıxışının təmin edilməsi planlaşdırılan “terror dəhlizi layihəsi”nin qarşısını Türkiyə qətiyyətli şəkildə aldı. “Böyük İsrail” layihəsi reallaşmadı. İndi də ABŞ Rakkada İsrailin də təhlükəsizliyini təmin edəcək bir sistem qurmağa çalışır.

Türkiyə ordusunun İraqın şimalında yeni hədəfi Sincar və Mahmur olmalıdır. PKK indi təhlükəsiz bölgə olaraq buradan istifadə edir. Türkiyənin Haftanindəki fəaliyyətini adıçəkilən bölgələrə daşımaq qüvvəsi var. Ancaq bu məsələ beynəlxalq qurum və təşkilatlarla həll edilməlidir. Mahmur düşərgəsi BMT ilə danışıqlar aparıldıqdan sonra boşaldılmalı, Sincar bölgəsində isə PKK-nın təlim və logistika düşərgəsinə çevrilən sistemlər İraq hökuməti tərəfindən məhv edilməlidir”, - İ.Başbozqurd bildirib.

Mənbə: axar.az