480 tank, 900 zirehli avomobil, 450 artilleriya - Rusiya yenə silah göndərmək istəyir

480 tank, 900 zirehli avomobil, 450 artilleriya - Rusiya yenə silah göndərmək istəyir

 

Rusiya Donbasa silah-sursat tədarükünü artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.

Rusiyanın Ukraynanın şərqində həyata keçirdiyi siyasəti tənqid edən Müdafiə Nazirliyi xatırladıb ki, Kiyevin ABŞ-dan hərbi yardım alması müqabilində Rusiyanın Donbasa silah göndərməsi istiqamətində siyasi açıqlamalar verilib: “Ukrayna ortaqlarından beynəlxalq razılaşmalara uyğun olaraq texniki yardım alır”.

Rusiyanın Donbasa silah göndərdiyini vurğulayan açıqlamada qeyd edilib ki, Donetsk və Lyqanskda 480 tank, 900-dan çox zirehli avtomobil, 450 artilleriya qurğusu və avtobus, 210-dan çox raket, 700 hava müdafiə avtomobili mövcuddur: “Rusiya bu silahların hamısını Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə edir”.

Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Ukraynanın qanunu ərazisi sayılan və hazırda terrorçuların əlində olan ərazilərə silah tədarükünü artırmaq istəyirsə, bu, silahlı hücum və dövlət səviyyəsində terrorist fəaliyyətə dəstək verməkdir.

 

Mənbə: teleqraf.com