ÕLKƏ TAM TƏMÌZLƏNMƏLÌDÌR..-- Õncə bir xahiş. Bu, xain statuslara diqqət edin..

ÕLKƏ TAM TƏMÌZLƏNMƏLÌDÌR..-- Õncə bir xahiş. Bu, xain statuslara diqqət edin..


Gõrün bir hansı õlkədə, hansı dõvlətdə belə şey var? Bu õlkənin, dõvlətin və xalqın içində oturub ən rahat və həyasız formada milli-dõvlət dəyərli maraqlarını atəşə tutub, qaralayıb vurmaq. Mən şərqdən-qərbə dünyanı gəzdim, õlkələr, millətlər içində yaşadım, çalışdım belə şeylər gõrmədim.
Qardaş türk ordusu gəlişinə, erməni düşmənlər kimi nifrət! Neçə ki, 1918-də dõvlət qurmaq, bu xalqı rus-bolşevik erməni-daşnak genosidindən xilasa gələn Türk Ordusunu işğalçı adlandırırlar. Ermənilər isə, rus ordusunun ayağına gül səpir!
Bu nədir, bu yaramaz antiazərbaycan gədələrini şəbəkələrini bu õlkədə, bu qədər irəli buraxmaq suçu bizim dõvlətdəmi, xalqdadırmı? Xeyir, yox! Xalqlı, dõvlətli bu qədərmi zəif acizik? Əsla yox! Bu yaramaz ünsürlər belə cürəti haradan alırlar?
Səbəb nədir, bəs? Səbəb, müstəqillik əldə edən gündən bəri, talenin bu nemətini, burnumuzdan tõküb, bizi çõkəyə salan "Bermud üçbucağıdır", Rusiya-Ìran-Ermənistan üçlüyü. Ìndiyədək plana gõrə Azərbaycanı hərtərəfli sıxıb, nəfəs çəkmək imkanı verməmək üçün bõlgü sxemləri bu olub:
Hõkumət sektorunda Rusiya, cəmiyyət sektoru içində İran və ərazimiz içində isə Ermənistan at oynadıb. Hərəsi õz gücünü konkret sahəsi üzrə yõnəldib. Ìranın vəzifəsi dindən, fars kõkəndən, tarixi səfəvilikdən, tarixi qonşuluq əlaqələr və s. istifadə etməklə, cəmiyyətin, xalqın içinə nüfuz hesabına, ictimai şüuru yuma, yõnəltmə olmuş.
Odur ki, ictimai sektora, sosial şəbəkələrə hətta mediaya nüfuz ediblər, əllərindən də tərpənmək olmur. Hədəfləri Azərbaycan dõvlətçiyi və onun əsasları, xalqın birlik vahidliyi, xalqın çoxluğunu təşkil edən türk milli ruhu, Türkiyə, türkçülükdür. Və həm də cəhalət, xurafat yayıb xalq-cəmiyyət şüururun geriləmə deformasiyasına nail olmaq.
O qədər ictimai təsir gücünə malikdilər ki hətta Azərbaycandakı dini zəminli təxribatlar ssenari mūəllifi, õlkədəki radikal-dini ekstremist şəbəkə və cərəyanların baş komandanı, İran generalı K. Suleymanini qəhrəman kimi sırıyıb, ağlaşmalar qurdurub, şəkilini profillərə vurdurdular, qətlinin ilk günlərində, taa ki, milli vətənçilər ifşa edincə.
Və bütün bu, İmam Hüseyn, Şah İsmayıl, yaxud da xeyriyyəçi Mübariz Mənsimov adlar, şəkilləri s. arxasında gizlənib, õz təbliğatlarını aparırlar.. Ìcraçıları da, bir sıra, iranyõnlü dindar, separatçı etnik, İran-fars əsilli, hətta, beyni yuyulmuş türk mənşəli õlkə vətəndaşlarımızdı bu şəbəkələrdə.
Bax, belə miskin gündə olmuşuq biz, bu illərdə!
Amma artıq buz sınıb, qəfəs qırılıb, xalq oyanıb, dõvlət qətiləşib. Və buz sınması, dəyişiklik açıq deyək, son 2 ildə, bizim Prezidentin hõkumətiçi təmizlik etmə qətiyyətindən başladı. O "3-lüyün" hõkumət oliqarx sektorundakı at oynadanlarını bir-bir vuraraq sıradan çıxarmaqla. Son aylarda ordumuz da ərazi sektorumuzda at oynadanlar erməni işğalçılara qarşı xeyli güclənib. Əlbəttə, bu işlərdə Azərbaycanın varlıq və mõhkəmliyini istəyən qardaş Türkiyə və digər dost dõvlətlərin hər tərəfli dəstəyi də zənnimcə olmamış olmaz.
Qalır, Ìranın at oynatdığı ictimai sektor. Burada biz bir qədər geriyik. Cəmiyyəti hələ də yõnəldə bilirlər, istədikləri təxribatlı tərəfə. Məsələn, 2-3 ay hõkumət və biz ekspertlər bir üz olduq ki, ay millət, koronavirus var və təhlükəlidir, õzünüzü qoruyun. Bu iranyõnlü şəbəkə təxribatçıları isə, bir üz olub gecə-gündüz çalışıb camaatın virus varlığına inamını qırdılar. Niyə? Yoluxan, xəstə, õlüm sayı çoxalsın və õlkə iflic olub da çõksün.
Nə etməli, bu, ictimai ziyankar və təxribatçılara qarşı? Bu məsələ, əməlləri dõvlətçiliyə qarşı və xalqın birliyini pozucu, təfriqəçilik olarsa xüsusi xidmət orqanlarının işidir, cəmiyyətin də dəstək kõməyi ilə. Əgər, əməl, ictimai sabitliyə qarşı və ya iğtişaş xarakterli ya da xətalı ictimai və fərdi ziyankar xarakterli olsa, Polis orqanların cəzası və xalq cəmiyyət, vətənpərvər kəsimin qınaq və təzyiqi ilə həll oluna bilər. Əlqərəz, bu məsələdə dõvlət orqanları və cəmiyyət birlik gõstərməlidi.
Sosial şəbəkələrdə dõvlətə, cəmiyyətə və hətta bir fərdə-vətəndaşa olan təhdid təzyiq, həqarəti keçmək olmaz. Və hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Ümumiyyətlə, düşünürəm ki, DTX, Polis və Prokurorluq orqanlarının sosial şəbəkələrdəki hadisələr, problemlər, şikayətlərə reaksiya üçün ayrılmış xüsusi qaynar xətti olsa, yaxşı olardı. Ümumiyyətlə, ictimai məkanı, həm də, sosial şəbəkələri, dövlət və cəmiyyətimiz õz nəzarətinə gõtürməli burada at oynadan ziyanlı təxribatçıların kõkü kəsilməlidir. Bu cür getməz.
Biz, bu yeni milli azad müstəqil yolumuzda tam ümummilli-bir olaraq, torpağımızı ermənilərdən təmizləyəcəyimiz kimi, hõkumətimizi də xainlər və talançı məmurlardan, cəmiyyətimizi də xain, satqın və antivətən ünsürlərdən təmizləməliyik. Xalqın və dõvlətin birliyi, qətiyyəti və iradəsi ilə!
""""""""""''
P.S. Sən Ìranda dõvlətin hərbi siyasəti əleyhinə belə açıq təbliğat apara bilərsən? Meydandaca kran gətirib millət qarşısında asarlar. Dõvlət və millətə qarşı açıq təxribatdır bu. Belə də olmaz!






Mənbə: teref.az