Rusiyalı mütəxəssis: “Bu, Qarabağ məsələsində Ermənistanın mövqeyi ilə bağlı ciddi yerdəyişmələrə səbəb ola bilməz”

Rusiyalı mütəxəssis: “Bu, Qarabağ məsələsində Ermənistanın mövqeyi ilə bağlı ciddi yerdəyişmələrə səbəb ola bilməz”

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev “Press-Unity.com” nəşrinə açıqlamasında Ermənistan-Azərbaycan son sərhəd gərginliyi məsələsinə toxunub. O qeyd edib ki, nisbətən uzun sakitlikdən sonra gərginlik olması xüsusilə maraqlıdır.

Silayev bildirib ki, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra həm İrəvanda, həm Bakıda, həm Moskvada, həm də Qarabağ münaqişəsinin həllinə cəlb olunmuş digər ölkələrin paytaxtlarında hansısa dəyişikliklərlə bağlı müəyyən gözləntilər formalaşmışdı.

Analitikin sözlərinə görə, əvvəldən də anlaşılan idi ki, İrəvandakı hakimiyyət dəyişikliyi Qarabağ məsələsində Ermənistanın mövqeyi ilə bağlı ciddi yerdəyişmələrə səbəb ola bilməz.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az