Zelenski Belarusa rəsmi səfərə gedəcək

Zelenski Belarusa rəsmi səfərə gedəcək

Vladimir Zelenski Belarusun Kiyevdəki səfiri İqor Sokol və Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov tərəfindən müzakirə edilən Belarus səfərini reallaşdıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Belarusun Ukraynadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərin vaxtı haqda informasiya verilmir.

Həm də məlumdur ki, iki ölkə prezidentlərinin iştirakı ilə Ukrayna və Belarus bölgələrinin üçüncü forumunun oktyabrda Qrodno şəhərində keçirilməsi planlaşdırılır.

Belarus üçün prioritet məsələlərdən biri koronavirus pandemiyası səbəbindən ilin ilk yarısında xeyli aşağı düşən qarşılıqlı ticarətin həcminin erkən bərpa edilməsidir.

Beləliklə, Belarusun Ukraynaya ixracı 28,6% azalaraq 1,3 milyard dollara düşüb.

Qeyd edək ki, avqustun 4-ü Belarusda prezident seçkilərində erkən səsvermə başlayıb, bu da avqustun 8-dək davam edəcək.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az