Ermənistan MTX-nin direktoru dostunu özünün müşaviri təyin edib

Ermənistan MTX-nin direktoru dostunu özünün müşaviri təyin edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kyaramyan MTX-də kadr dəyişikləri etməyə və gənc dostlarını işə qoymağa davam edir. Daha öncə Argişti Kyaramyan xaç oğlunu Ermənistan MTX-də vəzifəyə təyin edib.

Toyunun xaç atası Argişti Kyaramyan olan Artur Nahapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinin şöbə rəisi vəzifəsinə təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az