Əli Məsimli: “Kim öz ərizəsi ilə işdən çıxarılıbsa, o, işsizlikdən sığorta almaq hüququna malik olmur”

Əli Məsimli: “Kim öz ərizəsi ilə işdən çıxarılıbsa, o, işsizlikdən sığorta almaq hüququna malik olmur”

Milli Məclisin plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitə sədrləri Tahir Mirkişili və Musa Quliyev layihə barədə məlumat verdikdən sonra deputatları ona səs verməyə çağırdılar.

Deputat Əli Məsimli bildirdi ki, Fondun vəsaiti 128 milyon manatdan 151 milyon manata qalxır ki, bu, müsbət məqamdır. Eyni zamanda o, əlavə etdi ki, işsizlərin sayı ilə işsizlikdən sığorta alanların sayı arasında kəskin fərq var: “Kim öz ərizəsi ilə işdən çıxarılıbsa, o, işsizlikdən sığorta almaq hüququna malik olmur. Ona görə də buradan sahibkarlara müraciət edək ki, kim işçilərini işdən çıxartmayacaqsa, onlar dövlətdən dəstək alacaq. İkinci tərəfdən, insanlara müraciət edirik ki, haqsız yerə işdən çıxarılanlar olanda, belə haqsızlıqlar olanda aidiyyati struktura müraciət etmək lazımdır”.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edildi.

Mənbə: cia.az