Lukaşenkonın rəqibindən Merkelə şok müraciət: “Ona deyin ki…”

Lukaşenkonın rəqibindən Merkelə şok müraciət: “Ona deyin ki…”

Belarusda prezidentliyə namizədi Svetlana Tixanovskaya Almaniya kansleri Angela Merkelə müraciət edib.

Teleqraf.com xəbər verir ki, xanım siyasətçi bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsi zamanı bildirib.

“Xanım Merkel, Lukaşenko ilə əlaqə yaradın. Ona deyin ki, biz müharibə istəmirik. Bizim istədiyimiz yalnız ədalətli seçkilərdir”, – deyə o qeyd edib.

Tixanovskaya əlavə edib ki, öz həyatı üçün qorxur və gələn anonim təhdidlərə görə övladlarını xaricə göndərməyə məcbur edilib.

 

Mənbə: teleqraf.com