"Ermənistan hakimiyyəti daxilində baş verən böhranı ört-bastır etmək üçün çirkin təxribatlara əl atır"-POLİTOLOQ

"Ermənistan hakimiyyəti daxilində baş verən böhranı ört-bastır etmək üçün çirkin təxribatlara əl atır"-POLİTOLOQ

Ermənistanın Amulsar qızıl yatağı ətrafında yaranan gərgin vəziyyət, yerli camaatın və ekoloji təşkilatların kütləvi etiraz aksiyaları, polislə nümayişçilərin toqquşmaları baş nazir Nikol Paşinyanın ölkə daxilində yeni sınaq qarşısında durmasını göstərir.

Amulsar hadisələri Ermənistanda iqtisadi böhranın dərinləşməsi və sosial narazılığın artmasının təzahürüdür. Erməni siyasi və ekspert dairələri "məxməri inqilabçı" hökuməti ölkə iqtisadiyyatını iflasa aparan siyasəti həyata keçirməsində, işsizliyin artmasına, əhalinin müflisləşməsinə səbəb olan addımların atmasında təqsirləndirir. Nəzərə almaq lazımdır ki, onsuz da illərlə dərin böhran keçirən Ermənistanda koronavirusun yayılması şəraitində sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi Yerevanın iyul hərbi təxribatına əl atmasının əsas səbəblərindən biri idi. Hadisələr Paşinyan hökumətinin özünün ciddi böhranla qarşılaşacağına doğru inkişaf etməkdədir.

Bu amillər Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən mürəkkəb hərbi, siyasi, diplomatik proseslərin gedişatına necə təsir göstərəcəkdir?

Bununla bağlı Sonxeber.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib.

"Emənistanda ağır iqtisadi və sosial problemlər illərdir ki, höküm sürür və hökümət bu vəziyyətdən çıxa bilmir. Pandemiya ilə əlaqədar vəziyyət daha da ağırlaşıb. Ermənistan dövləti xaricə satdıqları məhsulardan o qədər də gəlir əldə etmir ki, öz sosial problemlərini həll edə bilsin. Ermənistan hakimiyyəti öz mövqeyini dəyişməlidir. Çünki bu gün Azərbaycanla müharibə şəraiti və Türkiyə ilə sərhədlərin bağlı olması , düşmən mövqeyində durması onun iqtisadiyyatına çox ciddi təsir edir.

Əgər Ermənistan münaqişəni ədalətli həllinə razı olub, işğal altındakı torpaqlarımızı boşaltsa, bu bölgəyə sabitlik gətirəcək. Bu addım Ermənistanın xeyrinə olacaq. Çünki Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan məcburi olaraq silahlı qüvvələrinə çox böyük miqdarda maliyyə vəsaiti ayırır. Ermənistanda höküm sürən iqtisadi və sosial problemin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına təsir edəcəyini düşünmürəm. Bu gün biz bilirik ki, Ermənistan çətin vəziyyətdə olmasına baxmayaraq işğal etdikləri torpaqları öz xoşuna boşaltmıyacaq. Ermənistan hakimiyyəti ölkəsində baş verən böhranı ört-bastır etmək üçün təxribat xarakterli üsullardan, Dağlıq Qarabağ münaqişəsindən istifadə edir".

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az