Bir cibində Rusiya pasportu, digərində mandat: Erməni deputat buna necə sahib olub?

Bir cibində Rusiya pasportu, digərində mandat: Erməni deputat buna necə sahib olub?

Qadağa olmasına baxmayaraq, Ermənistan parlamentində başqa ölkənin, daha konkret Rusiyanın pasportunu daşıyan deputat da var.

Cebhe.info xəbər verir ki, Ruben Ayrapetyan adlı bu şəxs iki dəfə deputat seçilib.

Hazırda ölkənin Baş Prokurorluğu Futbol Federasiyasının sabiq rəhbərinin iki dəfə necə mandat almasıla bağlı araşdırma aparır.

İlkin araşdırma zamanı məlum olub ki, o, 2003-cü ildən Rusiya pasportu daşıyır. Eyni zamanda 2007 və 2012-ci illərdə parlament seçkilərinə qatılıb və ikili vətəndaşlığı buna mane olmayıb.

Hazırda sabiq deputat və oğlu, həmçinin onun dostları "Arsnakar" restoranın sahibini döyməklə bağlı cinayət işinə gğrə axtarışdadır. Restoran sahibi 2015-2016-cı illərdə sabiq deputata məxsus olan bankdan 100 min dollardan artıq kredit götürüb. Vəsaitin bir hissəsi restoranda yendənqurmaya sərf olunub. Qalan məbləğ isə taksi xidmətinin qurulmasına xərclənib. Ancaq ikinci iş sabiq deputatdan xəbərsiz görüldüyündən, Ayrapetyan restoran sahibini bağışlamayıb. Keçmiş deputat və oğlu bir qrup gənclə bərabər restoran sahibini girov götürüb və 3 həftə onu saxlayıblar. Bu hadisədən sonra Ayrapetyan Rusiyaya qaçıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info