Beyrutdakı partlayıcılar 6 il əvvəl İstanbuldan keçib - Nazir

Beyrutdakı partlayıcılar 6 il əvvəl İstanbuldan keçib - Nazir

Beyrutda partlayışa səbəb olan 2750 tonluq amonium nitrat 6 il əvvəl Livana İstanbul boğazından keçərək gedib.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank Tvitter hesabında deyib.

O bildirib ki, cənab Ərdoğanın qətiyətlə üzərində dayandığı “Kanal İstanbul” sadə məsələ deyil, Türkiyə üçün strateji təhlükəsizlik məsələsidir.

Mənbə: axar.az