“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”

“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”

“Bacardığımız qədər deyilənlərə əməl etməliyik ki, bu proseslərdən çıxa bilək və itki az olsun”

Bunu Moderator.az-a açıqlamasında şair Əjdər Ol deyib. O, karantin rejiminin yumşaldılmasının hamımızın arzusu olduğunu bildirib:

“Dövlət tərəfindən koronavirusla bağlı qoyulan qaydalara əməl etmək lazımdır. Bu məcburidir. Amma insanlar təbii ki, fəlakətdən, çətinliklərdən çıxmaqdan ötrü çalışmalıdır. Yəni dövlət öz tədbirlərini gördüyü kimi, insanlar da bir vətəndaş olaraq buna əməl etməlidir. Bacardığımız qədər deyilənlərə əməl etməliyik ki, bu proseslərdən çıxa bilək və itki az olsun. Bu barədə mətbuat və dövlət orqanları, əlaqədar təşkilatlar kifayət qədər insanları məlumatlandırırlar. Yəni ayrı-ayrı vətəndaşların söz deməsinə ehtiyac da qalmır. Amma bir vətəndaş olaraq əlimizdən gələn odur ki, özümüzü və çevrəmizi qoruyaq. Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur. Amma bunu mütəxəssislər daha yaxşı bilir. Bununla əlaqədar dövlət rəsmi qaydada işləyir və bu dünyəvi bir prosesdir”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az