Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

Ermənistan xarici yayımların məhdudlaşdırılması haqqında qanun qəbul edib.

Cebhe.info xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan xarici televiziya kanallarının, o cümlədən Rusiya kanallarının ictimai multipleksdə yayımına məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan qanunu imzalayıb. Sənədin dərc edildikdən 10 gün sonra qüvvəyə minəcəyi qeyd olunur.

Lisenziyalaşdırma şöbəsinin müdiri Lianna Dohikyan xarici kanallar üçün lisenziyaların ən azı 2021-ci il 20 yanvar tarixinədək qüvvədə olacağını bildirib. O, dövlətlərarası müqavilələr imzalanarsa, bu kanalların razılaşmalar əsasında fəaliyyətlərini davam etdirəcəklərini deyib.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info