XİN Beyrutdakı partlayışla bağlı bəyanat yaydı

XİN Beyrutdakı partlayışla bağlı bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Beyrutdakı partlayışdan sonra bölgəyə ediləcək yardımla əlaqədar bəyanat yayıb.

Cebhe.info xəbər verir ki, bəyanatda deyilir:

"4 Avqust 2020-ci ildə Beyrut Limanında baş verən partlayış nəticəsində meydana gələn dəhşətli hadisə səbəbindən Livan xalqının təcili ehtiyaclarına töhfə vermək üçün lazımi araşdırmalara başlanıldı.

Bu çərçivədə, prezidentimizin göstərişi ilə Səhiyyə Nazirliyi, AFAD vasitəsi ilə bölgəyə təcili tibbi yardım personalı göndərilir, Səhra Xəstəxanasının yaradılması planlaşdırılır və təcili humanitar yardım materialları, o cümlədən dərman və tibbi ləvazimatlar göndərilir.

Dost və qardaş Livanın bu çətin günləri ən qısa zamanda keçəcəyini ümid edirik və hər cür dəstəyi verməyə davam edəcəyik".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info