Makron Beyruta səfər edəcək

Makron Beyruta səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron avqustun 4-də partlayışlara məruz qalan Beyrut şəhərinə səfər edəcək.

Axar.az xəbər verir ki, Fransa lideri burada Livan Prezidenti Mişel Aun və Baş nazir Həsən Diyabla görüşəcək.

Fransa Xarici işlər naziri Jan İv Lö Drianın verdiyi məlumata görə, rəsmi Paris Livana yardım məqsədilə üç təyyarə göndərib.

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərində yerləşən limanda güclü partlayış baş verib, nəticədə 100-dən çox insan ölüb, 4 min nəfər yaralanıb.

Mənbə: axar.az