ABŞ terrorçuları bir araya gətirir: Qondarma saziş yenidən gündəmdə

ABŞ terrorçuları bir araya gətirir: Qondarma saziş yenidən gündəmdə

Bərzani tərəfdarı ENKS (Suriya Kürdləri tərəfindən qurulan Suriya Kürdləri Milli Şurası) ilə terrorçu PYD ABŞ-ın rəhbərliyi ilə masaya oturub qondarma “Duhok” razılaşmasını (Bu razılaşma Suriyanın şimalında fəaliyyət göstərən kürd siyasi partiyalarının işbirliyini nəzərdə tutur) müzakirə ediblər.

Cebhe.info xəbər verir ki, buna görə qruplar bölgədə de-fakto idarəçilik yaradaraq və hərbi qüvvələri birləşdirəcəklər.

Məlumata görə, bu iki qrup ABŞ-ın rəhbərliyi ilə ikinci dəfə masaya oturub. Razılaşmaya görə, bölgədə qurulacaq qondarma bir muxtar idarəçiliyin içində ENKS və PYD-nin yüzdə 40 faizlik təmsilçilik haqqı olması ilə yanaşı, digər partiyalara və müstəqil şəxslərə 20 faizlik təmsilçilik hüquqları veriləcəyi nəzərdə tutulur.

Siyasi qərar vermə mexanizmində iştirak edəcək şəxslərin 12-si ENKS-dən, digər 12-si PYD-dən olmaqla, ümumi 24 nəfərin seçilməsi qərara alınıb. Bu qeyri-qanuni mexanizmdə iştirak edəcək digər 6 müstəqil üzv isə bu 24 nəfər tərəfindən müəyyənləşdiriləcək. Qondarma razılaşmaya görə, terror qruplaşmalarının hərbi güclərini bir dam altında toplamaq planlaşdırılır. 2014-cü ildə İraq Kürd Regional Rəhbərliyinin
başçısı Məsud Bərzaninin bir araya gətirdiyi Suriya Kürd Milli Şurası və Demokratik Cəmiyyət Hərəkatı siyasi partiyaları 10 gün davam edən görüşlərin ardından razılığa gəlmişdilər.

Şifahi razılaşmaya əsasən, Fərat çayının şərqində kürdlər arasında ortaq bir idarəetmə, ortaq hərbi gücə malik de-fekto quruluş və siyasi qərar qəbuletmə mexanizmi qurulması qərara alınmışdı.

2014-cü ildən sonra iki qrup ərazi bölgüsündə razılığa gələ bilmədikləri üçün razılaşma həyata keçirilmədi. İraq Kürd Regional Rəhbərliyinin başçısı Neçirvan Bərzani, Yezidilərin üstünlük təşkil etdiyi Mosulun Sincar bölgəsinin yenidən inşasının hələ də həyata keçirilmədiyini bildirərək “Sincar Yezidilərin ağrılarını nəzərə almadan, siyasi məqsədlərini həyata keçirmək istəyən qanunsuz silahlı dəstələr üçün bazaya çevrilib”, - deyib.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyi Parlamenti 3 avqust 2019-cu ildə səs çoxluğu ilə 3 avqustu “Yezidi Soyqrımı Günü” kimi qəbul edib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info