Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

Rusiya əcnəbilərin qısamüddətli ezamiyyət məqsədilə ölkəyə vizasız girişinə olan məhdudiyyəti ləğv edib. Müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.

İnterAz xəbər verir ki, sözügedən sənəd Rusiya hökümətinin internet səhifəsində yerləşdirilib.

Sənəddə qeyd edilir ki, əcnəbilərin Rusiyaya ezamiyyət üçün qısamüddətli səfərlərinə artıq icazə verilir. Söhbət Rusiyanın vizasız səfərlərlə bağlı müqavilə bağladığı ölkələrin diplomatik və ya xidməti pasport sahibi olan vətəndaşlarından gedir.

Mənbə: www.interaztv.com