Rusiya-Qazaxıstan sərhədində miqrantlarla Rusiya qvardiyasının əməkdaşları arasında münaqişə yaranıb

Rusiya-Qazaxıstan sərhədində miqrantlarla Rusiya qvardiyasının əməkdaşları arasında münaqişə yaranıb. Münaqişəyə səbəb bu olub ki, son aylarda Özbəkistandan və Tacikistandan Samara vilayətinə gəlmiş yüzlərlə insan öz vətənlərinə getmək istəyir, Qazaxıstan hökuməti isə koronavirusa görə sərhədləri bağlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, miqrantlar çölün düzündə çadır düşərgəsi salıblar. Onlar uzun müddət evlərinə getmək üçün imkan yaradılmasını xahiş ediblər, Qazaxıstan isə sərhədləri bağlı saxlamaqda davam edir. İndi miqrantlar sərhədçilərin arasından keçib getməyə çalışırlar.
Qeyd edək ki, 2020-ci il martın ortalarında qlobal COVID-19 pandemiyası elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının 20 mindən çox vətəndaşının xüsusi çarter reysləri vasitəsilə ölkəmizə qayıtması təmin edilib. Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikasının vətəndaşlarının xüsusi qrafik üzrə qeydiyyat əsasında ölkəmizə qayıtmasının təmin edilməsi üçün "evə gedirəm” portalı yaradılıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL artıq Moskvadan bir neçə çarter reysini həyata keçirib. Çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı üzrə yerinə yetirilir.
 

Kaspi.az

ƏVVƏLKİ XƏBƏR

Arda Turan "Qalatasaray"a qayıtdı - RƏSMİ

SONRAKI XƏBƏR

Masallı şəhərinin 18 küçəsi asfaltlanır